Icma.az
close
up
RU
Favoritlər darmadağın etdi, türk qapıçı tarixə düşdü

Favoritlər darmadağın etdi, türk qapıçı tarixə düşdü

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Cümə axşamından İngiltərə kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, premyer-liqa klubları mübarizəyə məhz bu mərhələdən başladı. İki cütdə yalnız elita təmsilçiləri qarşılaşdı. “Aston Villa” premyer-liqanın turnir cədvəlində özündən aşağı pillədə qərarlaşan “Vest Hem” üzərində əzmkar qələbə qazandı. Ölkə futbolunun nəhəngləri – “Liverpul”, “Mançester Siti”, “Çelsi”, “Tottenhem” də qələbə yolunda heç bir əziyyət çəkmədi. Yalnız “Brentford” elitanın üzünü qara etdi.
Təbii ki, bu mərhələnin “şah əsəri” “Arsenal” – “Mançester Yunayted” oyunu idi. Ümumiyyətlə, ötən həftə “topçular” üçün hədsiz uğursuz oldu. Londonlular çərşənbə axşamı Liqa kubokunun ilk yarımfinal oyununda evdə “Nyukasl”a uduzmaqla (0:2) özünü çox pis vəziyyətə saldı. Dünyanın ən qədim klub turnirində mübarizə isə onlar üçün elə ilk mərhələdə başa çatdı. Düzdü, Artetanın komandası yalnız penalti seriyasına “silahı yerə qoydu”. Hərçənd oyun tam “topçular”ın ssenarisi əsasında cərəyan edirdi. Onlar ilk yarıda böyük ərazi üstünlüyünə malik olsalar da, yetərincə kəskin hücum qura bilmirdilər. 2-ci hissənin əvvəlində Fernandeş hesabı açandan sonra “Arsenal” silkələndi. Saatın tamamında, daha dəqiqi, 61-ci dəqiqədə Dalot meydandan qovuldu və bu məqam londonluları ümidləndirdi. Say üstünlüyü dərhal Qabrielin bərabərlik qolunda əksini tapdı. Artetanın komandasının azlıqda qalan rəqibə son zərbəni vurmaq üçün yetərincə vaxtı var idi. Meydan sahibləri əsas vaxtda 2-ci qolu vurmaq baxımından gözəl imkanlar yaxaladı. Konkret Haverts bir neçə dəfə Bayındırı məyus etməyə yaxın oldu. Hər halda, Haverts 2-ci hissənin ortalarında komandasına penalti qazandırdı. Oyunda VAR sistemi olsaydı, alman hücumçunun Maquyr ilə heç bir təmas olmadan yerə atdığı asanlıqla müəyyənləşərdi. Ancaq ədalət zəfər çaldı, türk qapıçı Edeqorla dueldən qalib ayrıldı.
“Arsenal” qalan vaxt ərzində də dayanmadan hücum etdi, mankunianlar isə yalnız müdafiə olunmaqla məşğul idi. Əsas vaxtda heç-heçəni qoruyan Amorimin komandası əlavə 30 dəqiqədə də təzyiqə davam gətirməklə cütün taleyini penalti seriyasına daşıdı. Qonaqlar oyunsonrası penaltiləri soyuqqanlı şəkildə yerinə yetirdi, 5 zərbənin hamısı qol oldu. Həlledici zərbəni Zirkzee vurdu. Amma seriyanın qəhrəmanı Altay Bayındır oldu. Türk qapıçı Havertsin zərbəsini dəf etdi. Sözsüz, “Arsenal” üçün hədsiz məyusedici nəticədi. Artetanın komandası bir saat ərzində sayca üstünlükdən yararlana bilmədisə, özünü günahlandırmalıdı. MY isə xarakter göstərdi. Amorimin komandası “Liverpul”la çempionatdakı heç-heçənin ardından daha bir uğurlu nəticəyə nail oldu ki, bu da komandaya psixoloji əminlik qazandırmalıdı. MY titulunu qorumaq uğrunda mübarizəni davam etdirir.
1/32 final
Arsenal – Mançester Yunayted 1:1, p. – 3:5
Qabriel, 63 – Fernandeş, 52.
Arsenal: Rayya, Timber (Parti, 100), Saliba, Qabriel, Lüis-Skelli (Trossar, 91), Edeqor, Jorjinyo (Tirni, 113), Merino (Rays, 73), Jezus (Sterlinq, 40), Haverts, Martinelli.
MY: Bayındır, Mazraui, Maquayr (Yoro, 104), De Liqt, Martines, Dalot, Maynu (Kollyer, 81), Uqarte (Malasia, 91), Fernandeş, Qarnaço (Dyallo, 80), Heylunn (Zirkzee, 81).
Liverpul – Akkrinqton (D-4) 4:0
Jota, 29. Aleksander-Arnold, 45. Danns, 76. Kyeza, 90.
Liverpul: Kelleher, Aleksander-Arnold (Bredli, 61), Kuansa, Endo (Nyoni, 79), Simikas, Morton (Makkonell, 61), Soboslai (Kyeza, 46), Elliott, Jota, Nqumoha (Danns, 72), Nunyes.
Mançester Siti – Selford (D-4) 8:0
Dokyu, 8; 69. Mubama, 20. О`Rayli, 43. Qriliş, 49. Makeyti, 62; 72; 81.
MSiti: Ederson, Ake (Akanci, 46), Simpson-Püzi, О`Rayli, Qriliş, Gündoğan, Makeyti, Nunyeş, Dokyu (Kovaçiç, 74), Savinyo (Foden, 55), Mubama.
Çelsi – Morkam (D-4) 5:0
Adarabioyo, 39; 70. Nkunku, 50. Feliş, 75; 77.
Çelsi: Yorgensen, Veyqa, Adarabioyo, Disasi, Ceyms (Hüsto, 46), Lavia (Kukurelya, 46), Corc, Feliş, Nkunku, Neto (Sanço, 46), Giyu.
Temvort (D-5) – Tottenhem 0:3, əlavə vaxtda
Tşikuna, 101-öz qapısına. Kulusevski, 107. Conson, 118.
Tottenhem: Kinski, Porro, Drequşin (Spens, 91), Qrey, Regilon, Bissuma, Sarr (Berqvall, 68), Conson, Meddison (Kulusevski, 91), Mur (Solanke, 68), Verner (Son Hın Min, 91).
Aston Villa – Vest Hem 2:1
Onana, 71. Rocers, 76 – Paketa, 9.
Lester – KPR (D-2) 6:2
Castin, 9; 62. Mavididi, 37. Buonanotte, 38. Vardi, 51-p. Faes, 90+3 – Varan, 18. Kolli, 45+2.
Bornmut – Vest Bromviç (D-2) 5:1
Klyuvert, 27. Uattara, 34; 44. Semenyo, 47. Cebbison, 90+2 – Teylor, 14.
Norviç (D-2) – Brayton 0:4
Rütter, 37; 45+2. Enkiso, 59. Març, 74.
Bristol Siti (D-2) – Vulverhempton 1:2
Tuayn, 45+1 – Ayt-Nuri, 10. Qomeş, 21.
Nottingem Forest – Luton (D-2) 2:0
Yates, 40. Sosa, 68.
Fulhem – Uotford (D-2) 4:1
Muniz, 26. Ximenes, 49-p. Andersen, 65. Kastan, 85 – Vata, 33.
Everton – Peterboro (D-3) 2:0
Betu, 42. Ndiay, 90+7-p.
Kristal Pelas – Stokport (D-3) 1:0
Eze, 4.
İpsviç – Bristol Rovers (D-3) 3:0
Kalvin, 18. Klark, 24. Teylor, 37.
Nyukasl – Bromli (D-4) 3:1
Miley, 16. Qordon, 49-p. Osula, 61 – Konqriv, 8.
Sauthempton – Suonsi (D-2) 3:0
Sulemana, 20. Diblinq, 35; 65.
Brentford – Plimut (D-2) 0:1
Uittaker, 82.
Koventri (D-2) – Şeffild Uensdey (D-2) 1:1, p. – 4:3
Kitçinq, 26 – Musaba, 90+3.
Birmingem (D-3) – Linkoln (D-3) 2:1
Yekoyama, 1. Dayks, 79 – Makama, 90+2.
Lids (D-2) – Harroqeyt (D-4) 1:0
Ramazani, 59.
Midlsbro (D-2) – Blekbern (D-2) 0:1
Vaymann, 70.
Ridinq (D-3) – Bernli (D-2) 1:3, ə.v.
Uinq, 77 – Foster, 71. Flemminq, 100; 109.
Sanderlend (D-2) – Stok Siti (D-2) 1:2, ə.v.
Aleksiç, 64 – Kennon, 4-p. Ennis, 112.
Ekseter (D-3) – Oksford Y. (D-2) 3:1
Mitçell, 22; 40. Harper, 64 – Fillips, 14.
Şeffild Yunayted (D-2) – Kardiff (D-2) 0:1
Eşford, 19.
Uikomb (D-3) – Portsmut (D-2) 2:0
Henlan, 17. Bredli, 27.
Hall Siti (D-2) – Donkaster (D-4) 1:1, p. – 4:5
Puerta, 80 – Molino, 51.
Milluoll (D-2) – Dagenhem (D-5) 3:0
İvanoviç, 30. De Norre, 70. Banqura-Uilyams, 85.
“Leyton Orient” (D-3) – “Derbi” (D-2), “Mansfild” (D-3) – “Uiqan” (D-3), “Preston” (D-2) – “Çarlton” (D-3) oyunları bu gün keçiriləcək.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Əslində inamlı qələbə qazanmalı olduğumuz oyunda uduzduq. Bu nəticə, sadəcə, təəccüb doğurur. 1000 belə oyundan birini uduzmaq olardı ki, bizim də başımıza bu gəldi. Bəxt tərəfimizdə olmasa da, oyunçularımla qürur duyuram”.
Ruben Amorim, MY-nin baş məşqçisi:

“Xoşbəxtlikdən oyunçular yerində idi. Onlar döyüşürlər, oyunlardan əvvəl məhz bu haqda danışırıq. Vəziyyətdən asılı olmayaraq, mübarizə aparmalıyıq ki, bu gün də məhz bunu etdik. Düşünürəm ki, rəqibin qol imkanları daha çox idi, ancaq biz də oyunumuza və mübarizəmizə görə qələbəni haqq etdik. Oyunun əvvəlində topsuz qalanda bizə çox çətin oldu, ancaq topsuz da oyunun axarına nəzarət edə bilərsən. Məndə belə hissiyyat var idi ki, sonda hər şey yaxşı olacaq – 2-ci hissənin lap əvvəlindən bunu hiss edirdim. Hətta penaltidən sonra da bunu hiss etdim. Bəlkə də ondan sonra “Arsenal”a elə gəldi ki, bu gün onların günü deyil”.


Altay Bayındır, MY-nin qapıçısı:

“Hər dəqiqə, hər saniyə oynamağa hazır olmalısan. “Mançester Yunayted”in oyunçususansa, həmişə hazır olmaq lazımdı. Mən hər gün çalışıram, səbirliyəm. Sadəcə, bu böyük komandaya yardım etmək istəyirəm”.


Fakt
Altay Bayındır 2013/14 mövsümündən bəri ölkə kubokunun oyununda həm əsas vaxtda, həm də oyunsonrası seriyada penalti qaytaran ilk qapıçı kimi tarixə düşdü.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Yanvar 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri