FAZİL MUSTAFA 60 Millət vəkilinin həyat və yaradıcılığından bəhs edən film təqdim olunub (VİDEO)
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın ictimai-siyasi həyatının tanınmış simalarından biri, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın 60 illik yubileyidir.
O, 1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olub, Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 24 kitabın və onlarca elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
Prezident yanında Əfv məsələləri komissiyasının üzvü, həmçinin Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidentidir. Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvüdür.
Fazil Mustafa 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin köməkçisi, müşaviri, AXC Analitik Mərkəzinin rəhbəri, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 1995–1998-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin Türkiyə Cümhuriyyətində özəl təmsilçisi, 1998–2001-ci illərdə AXCP sədrinin müavini olmuşdur. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində motoatıcı taqım komandiri kimi xidmət keçib. Üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin üzvü seçilib.
Fazil Mustafanın həyat və yaradıcılığı haqda aşağıdakı linkdə təqdim etdiyimizi qısa metrajlı filmdə tanış olmaq olar:
“AzPolitika.info”


