Icma.az
close
up
RU
Fazil Mustafa: “Pakistanla münasibətlərimiz bənzərinə az rast gəlinən ölkələrarası münasibətlərdəndir”

Fazil Mustafa: “Pakistanla münasibətlərimiz bənzərinə az rast gəlinən ölkələrarası münasibətlərdəndir”

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana səfərini şərh edərkən qeyd edib ki, Pakistan Baş nazirinin ölkəmizə səfəri əhəmiyyətli hadisədir.

Fazil Mustafa bildirib ki, Pakistan qardaş ölkədir. Bu ölkə ilə münasibətlərimiz bənzərinə az rast gəlinən ölkələrarası münasibətlərdəndir. “Ölkələrimiz arasında münasbətlərin indiki səviyyəyə yüksəlməsi təsadüfi görünməməlidir. Pakistanla Azərbaycanın dostluq və əməkdaşlığı dərin köklü ənənələrə əsaslanır. Pakistanın Azərbaycanın müstəqilliyini tanıması 1991-ci il dekabr ayının12-nə təsadüf edir ki, bu da Türkiyədən sonra atılan ikinci diplomatik addım olub. 1992-ci ilin iyun ayının 9-da ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ildə isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb.

1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da sədrliyi qardaş ölkə Pakistan etmişdi.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində də Pakistan Azərbaycana birmənalı şəkildə dəstək verməklə dostluğunu bir daha əyani şəkildə sübut etdi və qardaş ölkə Türkiyə kimi axıra qədər Azərbaycanın haqlı davasında yanında oldu: “Bizim Pakistan ilə münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Ölkə başçılarının qarşılıqlı səfərləri dostluq, qardaşlıq, siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinə yeni impulslar verir. Ancaq, hazırda ölkələrimiz arasında ticarət dövriyyəsinin indiki həcmi hələ də hər iki tərəfin real iqtisadi potensialına cavab vermir. Yəqin ki, bütün sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəticəsində yaxın vaxtlarda iqtisadi göstəricilərin də arzu olunan səviyyəyə yüksəlməsinin şahidi olacağıq. Bu baxımdan ölkə başçısının Pakistanın baş naziri ilə mətbuata birgə açıqlamasında qeyd etdiyi Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları həcmində sərmayə qoymağı planlaşdırması barədə məlumatı bu sahədə əhəmiyyətli gəlişmələrin olacağını göstərir". Deputat onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında sıx əlaqələr mövcuddur. Pakistanın hərbi-sənaye kompleksi ilə, Azərbaycan hərbi-sənaye kompleksi arasında müştərək silahların, döyüş texnikasının birgə istehsalı nəzərdə tutulur: "Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. Bu, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyini və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir. Bir sözlə Azərbaycan-Pakistan münasibətlərinin çox böyük potensial var. Bütün bunlar, xalqlarımızı, dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıracaq, təhlükəsizlik sistemimizi daha da etibarlı edəcəkdir“.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri