Federasiya kubokun yarımfinalçısının fəaliyyətini dayandırmasını təsdiqləyib
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Fransanın “Tur” klubu fəaliyyətini dayandırıb.
İdman.biz xəbər verir ki, Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi klubla bağlı qərarı təsdiqləyib.
Bir vaxtlar Patrik Vieyra və Olivye Jirunun da formasını geyindiyi “Tur”un ləğvi ilə bağlı ilkin qərar 2024-cü il iyunun 25-də verilsə də, iyulun 19-da apelyasiya prosedura çərçivəsində dayandırılmışdı. Lakin klubun maliyyə problemləri həll olunmadığı üçün yanvarın 30-da Orlean məhkəməsi “Tur”u ləğv etməyə qərar verib ki, FFF də bunu təsdiqləyib.
Qeyd edək ki, cari mövsümdə 6-cı divizionda çıxış edən “Tur” ötən əsrin 80-ci illərində Liqa1-də oynayıb və iki dəfə kubokun yarımfinalına yüksəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Azərbaycanda bu federasiya fəaliyyətini dayandırdı
14 Yanvar 2025 16:46
Polkovnikin sədri olduğu federasiya fəaliyyətini dayandırdı
17 Mart 2025 11:01
Azərbaycanda daha bir federasiya fəaliyyətini dayandırdı
27 Noyabr 2024 10:13
Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırıb
27 Noyabr 2024 10:43
Baxış sayı:133
Bu xəbər 27 Fevral 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















