Icma.az
close
up
RU
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb?

Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb?

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


“Hazırda ağrılarım var. Ona görə də hələ xəstəxana şəraitində müalicə alıram. Nə zaman çıxacağım haqqında məlumat yoxdur. Məni vurduran adamın cəzalandırılacağına inanıram”.
Reyting.az
xəbər verir ki, bu sözləri Globalinfo.az-a bir neçə gün öncə Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev deyib.
O, anidən bıçaqla vurulduğunu bildirib:
“Məni Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızdakı problem isə işlə bağlı olub. Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu”.
Araz Musayev ona qarşı sui-qəsd cəhdini idman ictimaiyyəti üçün biabırçılıq adlandırıb:
“Baş verənlər doğrudan da biabırçı haldır. Bura 100 fərqli ölkədən idmançılar gəlib. Bu ölkələr də hadisədən xəbərdar oldular. Hamı bizə gülür ki, öz millətimiz özümüzə qarşı belə addım atıb. Bir iyrənc hərəkəti ilə nüfuzumuza xələl gətirdi”.
İdmançı başına gələn hadisələrdən öncədən məlumatlı olduğunu deyib:
“Türkiyəyə gəlməmişdən əvvəl bilirdim ki, Adil Əliyevin əli ilə mənə nəsə edəcəklər. Bu barədə hətta paylaşım da etmişdim. Çünki özləri açıq şəkildə demişdilər ki, səni öldürəcəyik. Mən görücü deyiləm ki, başıma gələnləri öncədən dəqiqliyi ilə bilim. Onlar ayın 19-dan məni izləyirdilər. Qəribədir, qardaş ölkə Türkiyədə polis xəstəxana qapısında məni qoruyur, digəri isə öz ölkəmdən məni öldürməyi tapşırır. Məsələnin ən yüksək səviyyədə nəzarətə götürüləcəyinə inanıram”.
Muay-Tay Federasiyasının sədri Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu da ittiham edib:
“Elnurla da danışmışdım bu haqda. Onlar hər şeyi bilirlər. Hər şey adlarını çəkdiyim şəxslərin əli ilə baş tutub. Hətta Elnur Məmmədov mənim üzərimə bir qrup şəxs yollamışdı”.
Xatırladaq ki, mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
***
Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Araz Musayevin ittihamlarına cavab verib.
Reyting.az
xəbər verir ki, Araz Musayev yaydığı video-açıqlamada bir sıra iddialar səsləndirib.
A. Əliyev Musavat.com-a açıqlamasında deyib ki, A. Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir:
“Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri-yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu, iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır”.
A. Əliyev, həmçinin deyib ki, əslində A. Musayev bu açıqlaması ilə özünü ifşa edir: “Çünki hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli, ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır”.
Xatırladaq ki, mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri