Icma.az
close
up
RU
Fəlakət ssenarisi: 30 milyon insanın həyatı təhlükə altındadır

Fəlakət ssenarisi: 30 milyon insanın həyatı təhlükə altındadır

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqlim dəyişikliyi və təbii fəlakətlər XXI əsrin ən böyük qorxusudur. 2100-cü ilə qədər 30 milyon insanın bu səbəbdən həyatını itirəcəyi gözlənilir. İsti dalğalara, qida çatışmazlığına və havanın çirklənməsinə qarşı mübarizə aparmalı olan bəşəriyyət təcili tədbirlər görməsə, fəlakətlə üzləşəcək.

Turustan.az xəbər verir ki, alimlər iqlim dəyişikliyinin və havanın çirklənməsinin təsirləri ilə bağlı apardıqları araşdırmalarda qorxulu mənzərə yaradıblar. Maks Plank Kimya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, bu iki amilin 2100-cü ilə qədər təxminən 30 milyon insanın ölümünə səbəb ola biləcəyi təxmin edilir.

Tədqiqat 2000-2090-cı illər arasında 10 illik fasilələrlə məlumatların təhlili yolu ilə həyata keçirilib. Tapıntılar göstərir ki, ölümlər xüsusilə Cənubi və Şərqi Asiyada cəmləşəcək. Bölgənin qocalması və havanın çirklənməsi ilə bağlı davamlı problemlər bu pessimist proqnozun əsas səbəblərindəndir.

Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit okean hövzəsi kimi yüksək gəlirli regionlarda ekstremal temperaturlara görə ölümlərin havanın çirklənməsi səbəbindən ölümlərdən çox olacağı gözlənilir. Xüsusilə ABŞ, İngiltərə, Fransa, Yaponiya, Yeni Zelandiya kimi ölkələrdə bu tendensiya artıq özünü göstərməyə başlayıb

Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi son hesabatda xəbərdarlıq edilir ki, əsrin sonuna qədər bütün dünyada temperatur 3,1 dərəcə arta bilər. Bu artım "fəlakət ssenarisi" hesab edilir. /Qaynarinfo/

Dr. Andrea Pozzer bu mövzuda təəccüblü statistik məlumatları paylaşıb:

"2000-ci illərdə həddindən artıq isti və soyuq hava şəraiti səbəbindən hər il təxminən 1,6 milyon insan həyatını itirməyə başladı. Əsrin sonuna qədər bu rəqəmin 10,8 milyona yüksələcəyi gözlənilir ki, bu da təxminən 7 dəfə artım deməkdir".

Mütəxəssislər vurğulayırlar ki, iqlim dəyişikliyi və havanın çirklənməsi ilə mübarizə üçün daha güclü siyasət həyata keçirilməyincə bu cür ölüm halları qaçılmazdır. Bu, xüsusilə əhalinin sıx məskunlaşdığı və aztəminatlı ərazilərdə yaşayan insanlar üçün böyük təhlükə yaradır. Mütəxəssislər qeyd edirlər ki, lazımi ehtiyat tədbirləri görülməsə, dünyada təkcə səhiyyə sahəsində deyil, həm də iqtisadiyyat və sosial həyatda ciddi fəsadlar yarana bilər.

24 iyul 2024-cü il. Filippinin paytaxtı Manilada Qaemi qasırğası səbəbindən çaya çevrilən küçədə qalanlar qayıqlarla xilas edilir (FOTO: AFP)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri