Icma.az
close
up
RU
Fələstin Qadınlarının Milli Günü

Fələstin Qadınlarının Milli Günü

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Fələstin Dövləti Fələstin Qadınlarının Milli Günü münasibətilə onların öz torpaqlarında göstərdikləri əzmkarlığı, böyük fədakarlıqları, azadlıq və müstəqillik əldə etmək uğrunda səylərini yüksək qiymətləndirir. Fələstin Dövləti hər bir Fələstin qadınından tutmuş dünyanın bütün qadınlarına ən yüksək minnətdarlığını və qürur hissini ifadə edir”.

525.az xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir. 

Qeyd olunub ki, Fələstin qadınının Fələstin problemi və İsrailin qanunsuz işğalı, irqçi siyasətin dayandırılması da daxil olmaqla, ədalətli həllə bağlı rolları yüksək qiymətləndirlir.

“Fələstin Dövləti təxminən 33 min qadın və qız uşağının şəhid olması, əksəriyyəti qadın və qız olan 1.93 milyondan çox insanın məcburi köçkünlüyü ilə nəticələnən soyqırım müharibəsi zamanı Fələstin qadınlarının ödədiyi ağır bədəli vurğulayır. Habelə işğal onları aclığa və qorxuya məruz qoyub, su, elektrik enerjisi, yanacaq, tibbi müalicə və səhiyyə xidmətləri kəsilib, həmçinin xəstəxanalar, məktəblər, ibadət yerləri və köçkün düşərgələri dağıdılıb, Qəzza zolağını həyat üçün təhlükəsiz sığınacaqsız qoyub.

Fələstin Dövləti təsdiq edir ki, bu mərhələ heç də az təhlükəli deyil; əksinə, bütün çətinliklərlə mübarizə aparmaq üçün birgə səylər tələb edən hərtərəfli milli bir problemi təmsil edir və ən vacibləri bunlardır:

Birincisi, işğal nəticəsində dağıdılmış ərazilərin bərpası, yardım və yenidən qurulması, o cümlədən davamlı blokada və tikinti materiallarının və yardımın daxil olmasının qarşısının alınması.

İkincisi, iki milyon insanımızın aclıq, su, dərman və səhiyyə çatışmazlığı, xəstəliklərin yayılması və əsas xidmətlərin olmaması şəraitində əziyyət çəkdiyi Qəzza zolağındakı fəlakətli humanitar vəziyyət.

Üçüncüsü, soyqırımın, xüsusən də qadınlara və uşaqlara psixoloji və sosial təsirlərinin, dul qadınların, yetimlərin və itkin düşmüş insanların sayının artmasının aradan qaldırılması.

Dördüncüsü, məhsuldar sektorların və həyati əhəmiyyətli infrastrukturun məhv edilməsi nəticəsində pisləşən iqtisadi vəziyyət, yoxsulluq və işsizlik səviyyəsinin artması və onların qadınlara və qızlara birbaşa təsirləri.

Bu baxımdan, Fələstin Dövlətinin tanınması və Nyu-York Bəyannaməsinin qəbul edilməsi ilə müşayiət olunan davamlı beynəlxalq impulsu təqdir edir, çünki bu, iki dövlətli həll yolunun həyata keçirilməsi yoludur və bunun əsasında Fələstin Dövlətinin müstəqilliyi və Fələstin xalqının legitim hüquqlarının həyata keçirilməsi dayanır”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri