FƏLƏSTİNLİ UŞAQ VƏ...
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyanın sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Allahsız ölkədə Allah axtarır.
Yeməyin üstündən yarımçıq durub,
Dünyanı qarpıztək kəsib yeyəcək.
Verməyin Anaya siz bu uşağı,
Bu uşaq anasın basıb yeyəcək...
Oxşamaz üzünü səhərin mehi,
Canında yaralar ulduz sayıdı.
Bütün yetimlərin uşaq taleyi,
Nədənsə eynidi, əkiztayıdı.
Kəsir vücudunu qışın sazağı,
Yatdığı yerdəcə donur az qala.
Hardasa görmüşəm mən bu uşağı -
... XOCALI... mən səni tanıdım, bala!
Gündüz Sevindik
MİA.AZ
Bu mövzuda digər xəbərlər:İsrail 90 fələstinli uşaq və qadını sərbəst buraxdı
21 Yanvar 2025 03:21
İsrail həbsxanalarında 270 fələstinli uşaq saxlanılır
20 Noyabr 2024 19:09
İsrail ordusunun Hebronda basqını: 3 fələstinli uşaq yaralandı
10 Oktyabr 2025 09:23
Qəzzada 33 ü uşaq, qadın və qoca olmaqla azı 50 fələstinli öldürüldü
20 May 2025 14:11
İsrailin Qəzzaya hücumu: Biri uşaq olmaqla 9 fələstinli həlak olub
04 Fevral 2026 10:59
Baxış sayı:63
Bu xəbər 25 Fevral 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















