Fələstinlilər hesab edirlər ki, Qəzzadakı sülhməramlılar yalnız BMT yə hesabat verməlidir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
HAMAS da daxil olmaqla, Fələstin fraksiyaları hesab edir ki, Qəzza zolağındakı sülhməramlı qüvvələr yalnız BMT-yə hesabat verməlidirlər. Əks halda onlar işğalçı qüvvələrə çevriləcəklər.
APA xəbər verir ki, bu barədə bəyanat HAMAS-ın “Telegram” kanalında dərc edilib.
"(BMT Təhlükəsizlik Şurasının üzvləri arasında yayılan) qətnamə sülhməramlı kontingentə İsraillə qarşılıqlı əlaqədə olacaq işğalçı qüvvə rolunu verir. Biz inanırıq ki, istənilən beynəlxalq qüvvə BMT-yə tam tabe olmalı və yalnız Qəzzadakı Fələstin dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə hərəkət etməlidir", - bəyanatda deyilir.
Fraksiyaların nümayəndələri həmçinin Qəzzada fəaliyyət göstərən qrupların tərksilah edilməsinə və bölgədə xarici hərbi bazaların yaradılmasına qarşı çıxıblar ki, HAMAS və müttəfiqlərinin iddia etdiyi kimi, bu, Zolağın suverenliyinin birbaşa pozulması hesab ediləcək.
Baxış sayı:61
Bu xəbər 17 Noyabr 2025 04:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















