Icma.az
close
up
RU
Fəlsəfə və Sosiologiya İnstitutunda Prezidentin mediaya müsahibəsinə həsr olunmuş elmi seminar keçirilib

Fəlsəfə və Sosiologiya İnstitutunda Prezidentin mediaya müsahibəsinə həsr olunmuş elmi seminar keçirilib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Yanvarın 12-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Dövlət, cəmiyyət və qlobal çağırışlar: Prezident İlham Əliyevin mediaya müsahibəsinə akademik baxış” mövzusunda elmi-nəzəri seminar keçirilib.

XQ xəbər verir ki, seminarda çıxış edən professor İlham Məmmədzadə vurğulayıb ki, Prezident İlham Əliyevin mediaya müsahibəsi dövlətçilik fəlsəfəsinin, cəmiyyətlə münasibətlərin və qlobal çağırışlara yanaşmanın kompleks ifadəsidir. Akademik təhlil göstərir ki, bu müsahibə təkcə siyasi mövqelərin deyil, həm də müəyyən ideoloji və elmi-nəzəri, strateji düşüncənin, dövlətçilik fəlsəfəsinin və qlobal proseslərə rasional yanaşmanın sistemli təqdimatıdır. Dövlət-cəmiyyət münasibətlərinin harmoniyası, qlobal çağırışlara çevik adaptasiya və milli maraqların prioritetliyi bu diskursun əsas sütunlarını təşkil edir.

Sonra İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri Füzuli Qurbanov “Azərbaycan Prezidentinin televiziyaya müsahibəsinin bir sıra konseptual məqamları” mövzusunda çıxış edib. Bildirib ki, dövlət başçısı Azərbaycan alimləri qarşısına dövlətçilik baxımından böyük əhəmiyyəti olan vəzifələr qoyur. Azərbaycan Prezidenti yüksək konseptual səviyyədə milli, regional və qlobal miqyaslarda dövlətin həyata keçirdiyi siyasəti xarakterizə edib. Dövlət başçısı müsahibəsində bu prizmada daxili və xarici siyasətin əsas məqamlarını sistemli təhlil edib, qarşıda duran vəzifələri vurğulayıb, o cümlədən Azərbaycan elmi və təhsili üçün aktual olan məsələlərə aydınlıq gətirib.

Dövlət başçısının ifadə etdiyi fikirlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycan elmi dövlətə xidmət etməlidir. Bu baxımdan, AMEA rəhbərliyinin müəyyən etdiyi və 2022-ci ilin payızından həyata keçirdiyi yeniləşmə kursunun aktuallığı, Akademiyanın strateji inkişaf konsepsiyası və “Yol xəritəsi”nin vacibliyi daha aktual görünür.

AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə qeyd edib ki, Azərbaycan dilinin qarşısında müasir dünyanın dinamikasından irəli gələn yeni vəzifələr dayanır. Bu vəzifələr dilin saflığının qorunması, rəqəmsallaşma və terminologiyaların elmi əsaslarla yenilənməsindən ibarətdir. Bütün bu çağırışların təhlili onu göstərir ki, Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyması sistemli, uzunmüddətli və elmi cəhətdən əsaslandırılmış bir yanaşma tələb edir. Odur ki, gələcək dil siyasətinin strateji istiqamətlərini müəyyən etmək ən vacib vəzifələrdən biridir.

Daha sonra institutun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək şöbələrin iş və tədbirlər planlarında Prezidentin müsahibəsində irəli sürülən məsələlərin nəzərə alınmasını təklif edib, institutun elmi əməkdaşlarının mətbuatda fəal çıxışlarının təqdirəlayiq olduğunu vurğulayıb.

Seminarda professor Arif Büniyatov, dosent Şölət Zeynalov, Nicat Məmmədov, Ramilə Dadaşova, dosent İradə Zərqanayeva çıxış edərək mövzu ətrafında öz fikirlərini bölüşüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri