Icma.az
close
up
RU
Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu Öndәr Heydәr Әliyevə həsr edilmiş tədbir keçirilib

Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu Öndәr Heydәr Әliyevə həsr edilmiş tədbir keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda YAP Yasamal rayon Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatı tərəfindən Ulu Öndәr Heydәr Әliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə müasir Azərbaycanın dövlət quruculuğunu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxasının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib. Professor çıxışında Ulu Öndərin dövlətçiliyimiz qarşısında tarixi xidmətlərinin hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdən başladığını, hakimiyyətə qayıtdıqdan sonra isə dövlət müstəqilliyimizin xilaskarına çevrildiyini real faktlarla əsaslandırıb.

Fəlsəfə və Sosiologiya İnstitutu İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov Prezident İlham Əliyevin siyasi liderlik təcrübəsinin elmi-fəlsəfi mahiyyətindən, Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri dosent Ramilə Dadaşova Ulu Öndərin Qafqazda sülh və təhlükəsizlik məsələlərinin həllində əvəzsiz rolundan, institutun YAP ərazi partiya təşkilatının sədri dosent Şölət Zeynalov Prezident İlham Əliyevin xarici siyasətində dialoq ideyalarının elmi-nəzəri və praktiki əsaslarından, AMEA Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov Heydər Əliyev irsinin institutda daim geniş tədqiqat obyektinə çevrildiyindən, bu irsin ümumbəşəri miqyasından söz açıblar.

Digər çıxış edənlər Ulu Öndərin məfkurəsinin, onun dövlətçilik fəlsəfəsinin daim yaşayacağını qeyd ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri