Icma.az
close
up
RU
Feministlərin “xaç anası” Pərvanə Məmmədova KİMDİR? 700 minlik maliyyə, nazirlikdə vəzifə…. VİDEO Yeni Çağ Media

Feministlərin “xaç anası” Pərvanə Məmmədova KİMDİR? 700 minlik maliyyə, nazirlikdə vəzifə…. VİDEO Yeni Çağ Media

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycandakı feminist hərəkatı ilə bağlı yeni və diqqətçəkən iddialar ortaya çıxıb.

“Baku TV”-nin ötən gün paylaşdığı məlumatlar isə bu sahədə maliyyə mənbələrinin, əlaqələrin və şəxsi maraqların gündəmə gəlməsinə səbəb olub. Xüsusilə illərlə xarici qrantlarla dəstəklənən feminist hərəkatına bağlı bəzi şəxslərin fəaliyyətinin detallarının üzə çıxması ictimaiyyətdə geniş müzakirələrə yol açıb.

Həmin hərəkatı maliyyələşdirən və ona dəstək verən şəxslərdən biri də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Yuva” Humanitar Mərkəzi İctimai Birliyinin və “FemACT” Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədovadır. 1995-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirən xanım Məmmədova sonralar, daha dəqiq isə 1999-cu ilin dekabr ayında Harvard Universitetinin Kennedi Dövlət İdarəetmə Məktəbi və “Hunt Alternatives” təşkilatının Qadınlar və İctimai Siyasət Proqramının qlobal təşəbbüsü olan “Women Waging Peace”in təsisçilərindən biri olub.

Sözügedən məsələdə oxların Pərvanə Məmmədova və rəhbərlik etdiyi “Yuva” Humanitar Mərkəzi İctimai Birliyinə tuşlanması isə normaldır. Çünki xanım Məmmədovanın adıçəkilən feminist aksiyalarına nə az, nə çox 700 min manatdan çox vəsait xərclədiyi iddia olunur.

İndi isə gələk məsələnin qəribə tərəfinə: az öncə də yazdığımız kimi, P. Məmmədova həm də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və göründüyü kimi, burada sədr müavinidir. Azərbaycan reallığında isə bəllidir ki, nazir və nazir müavinin razılığı olmadan heç kim həmin ictimai şuralarda fəaliyyət göstərə bilməz. Amma maraqlıdır ki, belə bir şəxsin illərlə xaricdən Azərbaycana pul daşıması və dövlətin də bunları bilməsi fonunda onu nazir Emin Əmrullayevə təqdim edən kimdir? Yəni Pərvanə Məmmədova cənab Əmrullayevin hansı müavininin qohum-əqrəbasıdır ki, məhz onun əli ilə bu şəxs ictimai şuraya üzv seçilməklə qalmayıb, hələ-hələ sədr müavini də keçib?

Əldə etdiyimiz məlumatlardan biri isə budur ki, xanım Məmmədova nazir müavini Həsən Həsənlinin yaxın qohumudur. O Həsən Həsənli ki, ötən ilin 31 yanvarında elm və təhsil nazirinin müavini təyin olunub. Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışan cənab Həsənli daha sonra 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Əslinə qalsa, suallarımız çoxdur. Ən əsas sualımız isə budur ki, nə üçün belə bir şəxs feminizmə açıq dəstək verməklə yoxlanılmadan İctimai Şuranın üzvü olub? Ümumiyyətlə, Qarabağ savaşı ərəfəsində ermənilərin “soyqırımı”na məruz qaldığını, blokadada olduğunu iddia edən bu kütlənin maliyyə donorluğunu edənlər hansı haqla, hansı üzlə xalqın gələcəyini formalaşdıran bir yerdə – Elm və Təhsil Nazirliyində vəzifə tuturlar? Bəs belə bir şəxsin feminist fəaliyyətləri və xarici maliyyə dəstəkləri dövlət qurumlarında yoxlanılmadan necə o bu mövqeyə gətirilib? Bu, təkcə şəxsi tanışlıq və ya qohumluq əlaqələrinin nəticəsidir, yoxsa…

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 21 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri