Fənərbağça rəhbərliyi yeni baş məşqçi üçün danışıqlara başladı
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
"Fənərbağça" klubunda baş məşqçi postuna Aykut Kocamanın gətirilməsi istiqamətində işlərə başlanılıb.
"AzPolitika" xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Aziz Yıldırım və klub rəhbərliyi 61 yaşlı mütəxəssisi komandaya qaytarmaq qərarına gəlib.
Kocaman danışıqlar aparmaq üçün İstanbula dəvət olunub. "Qalatasaray"a 1:2 hesablı məğlubiyyətdən sonra İsmail Kartalla yollarını ayıran "sarı-lacivərdlər" komandanı müvəqqəti olaraq Dirk Kuyta həvalə ediblər. Kocamanla görüşdən sonra tərəflər razılığa gəlsələr, onun təyinatı rəsmən açıqlanacaq.
Qeyd edək ki, Aykut Kocaman 1988-1996-cı illərdə futbolçu kimi "Fənərbağça"nın formasını geyinib. O, 2009/10 mövsümündə klubda idman direktoru vəzifəsində çalışıb, növbəti üç mövsümdə isə baş məşqçi olub. Təcrübəli mütəxəssis 2017/18 mövsümündə də İstanbul təmsilçisini çalışdırıb. Onun son iş yeri 2021-ci ildə rəhbərlik etdiyi "Başakşəhər" olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 30 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















