“Fənərbağça”nın ulduz futbolçusu ayrılma şərtini açıqladı
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mövsümün əvvəlində “Fənərbağça”nın heyətinə pulsuz əlavə edilən Cenk Tosunun Yaponiyaya transfer olma ehtimalı var.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, Cenklə maraqlanan “Sarı-göylər” və “Urava Red Diamonds” arasında danışıqlar davam edərkən, 33 yaşlı hücumçuya edilən təklif də ortaya çıxıb.
Yaponiya komandası təcrübəli futbolçuya 1,5 illik müqavilə təklif edib. Cenk 2,5 illik müqavilə istəyir. Transfer üçün son tarix 26 martdır.

