Icma.az
close
up
RU
Fənərbaxça dan şok məğlubiyyət Tarixi seriya autsayderlə oyunda bitdi

Fənərbaxça dan şok məğlubiyyət Tarixi seriya autsayderlə oyunda bitdi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə çempionatının 26-cı turuna cümə günü keçirilən iki oyunla start verildi.

''Qaziantep'' Antalya səfərindən 4:1-lik inamlı qələbə ilə döndü. ''Fatih Karagümrük'' ilə ''Fənərbaxça''nın duelində isə nəinki turun, bəlkə də mövsümün ən böyük sürprizi qeydə alındı. Çünki bir tərəfdə sonuncu pillədə qərarlaşan və elitadan düşməyə əsas namizəd sayılan kollektiv var idisə, digər tərəfdə çempionluğa oynayan və bu mövsüm heç kimə uduzmayan bir komanda var idi.
Bu matçda cəzalı olan baş məşqçi Domeniko Tedesko qəribə rotasiyalar edərək Marko Asensionu ehtiyatda saxladı. ''Fənər'' ilk yarını 0:2 geridə tamamladı. Bununla da komanda son 5 turun 4-də hesabda geri düşən tərəf oldu.
Maraqlıdı ki, meydan sahiblərinin heyətində hesabı açan Bartuğ Elmaz müqavilə ilə ''Fənər''ə məxsusdu və o, superliqada (33-cü oyunda) ilk qolunu məhz elə ''sarı-lacivərdlilər''ə vurdu. Fasilədə Asensionun meydana çıxması ilə fanatların geridönüş ümidi artdı. Zatən bu mövsüm komanda dəfələrlə geridönüşlər etmişdi və hesabda geriyə düşdüyü oyunlarda hamıdan çox (18) xal toplamışdı. Amma bu dəfə çox bərbad və istəksiz görünən İstanbul nəhəngi geridönüş bir yana heç təsəlli qolunu da bura bilmədi! Halbuki komanda oyunu 16 zərbə ilə tamamladı.
Beləliklə, ötən mövsümün son turunu da nəzərə alsaq, ''Fənərbaxça''nın Türkiyə çempionatındakı şəxsi rekordu - 26 oyunluq məğlubiyyət seriyası başa çatdı! Bu nəticə ilə faktiki olaraq çempionluq intriqası da məhv oldu. Güclü rəqibini öz meydanında 9-cu qarşılaşmada ilk dəfə yenən ''Fatih Karagümrük'' superliqada ''Fənər''i sonuncu dəfə 1966-nın noyabrında - 66 il, 4 ay, 1 gün öncə yenmişdi. Bu, turnirin tarixində bir komandanın eyni rəqib üzərində iki qələbəsi arasındakı ən böyük zaman bölümü oldu.
Onu da bildirək ki, ''Qalatasaray''a ardıcıl 4-cü, tarixinin 26-cı çempionluğunu rəsmiləşdirmək üçün qalan 9 oyunda 7 qələbə yetərli olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Mart 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri