Icma.az
close
up
RU
“Fənərbaxça” növbədənkənar seçkiyə gedir?

“Fənərbaxça” növbədənkənar seçkiyə gedir?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çempionluq həsrəti 11 ilə çatan “Fənərbaxça” camiəsində başqan Əli Koça və idarə heyətinə etirazlar davam edir.
Artıq neçə müddətdi ki, Koçun əleyhinə imza kampaniyası aparılır. Klubun daxili təlimatnaməsinə görə növbədənkənar seçkinin baş tutması üçün rəsmi üzvlərin ən azı 20 faizinin imzası olmalıdı. “Fənər”in 46 mindən çox rəsmi üzvünün olduğunu nəzərə alsaq, ən azı 9200 imza toplanmalıdı. Rəsmi rəqəmər bəlli olmasa da, iddialara görə artıq 5 mindən çox imza toplanıb!
Bu arada Türkiyə mətbuatında bu mövzu ilə bağlı ortaya yeni bir iddia atıldı. Belə ki, şayiələrə inansaq, “Fənərbaxça” rəhbərliyi camiənin tələbini yerinə yetirərək növbədənkənar seçkiyə getməyə hazırdı. Seçkinin sentyabra təyin olunacağı bildirilir. Bununla bağlı ən qısa müddətdə klub tərəfindən rəsmi açıqlama veriləcəyi gözlənilir.
Seçkidən də vacib olan bir məsələ Əli Koçun yenidən namizəliyini irəli sürüb-sürməyəcəyidi. O, bir müddət öncə “TRT Spor”un canlı yayınında bu mövzuda danışarkən “yetərli imza toplanılacağı təqdridə növbədənkənar seçki olacaq və mən həmin seçkidə namizədliyimi irəli sürməyəcəm” açıqlamasını vermişdi. Amma ortada gəzən iddialara görə Koçun ayrılmaq fikri yoxdu.
“Fanatik”in və digər mənbələrin yazdığına inansaq, Əli Koç qarşıdakı növbədənkənar seçkidə yenidən namizədliyini irəli sürəcək!
Bu arada prezidentliyə namizədlərin sayı getdikcə artır. Daha öncə Hakan Bilal Kutlualp namizəd olduğunu açıqlamışdısa, srağagün Mahmut Uslu da bu vəzifəni yerinə yetirməyə hazır olduğunu bildirdi. Uslu mətbuat konfransında Əli Koçu belə desək, yıxıb-sürüdü. 77 yaşlı Uslu klubun əfsanəvi başqanı Əziz Yıldırımın sağ əli sayılırdı. O, Yıldırımın dönəmində təxminən 15 ilə yaxın “Fənər”də baş katib, mətbuat katibi və başqa vəzifələri icra edib. Uslu sərt açıqlamalar verərək bunları deyib:

“Yaşamadığımız hər şeyi Əli Koçun dönəmində yaşadıq. Yetər artıq, çıx get! Hər şey pulla ölçülmür. Ortada “Fənərbaxça” adına çox bərbad bir mənzərə var. Hörmətli başqan, sən artıq bu işi bacarmırsan. Bunu etiraf etmək ayıb deyil. Bəlkə də başqa bacardığın işlər var. Amma “Fənərbaxça” prezidenti olmağı bacarmadın! Bugünlərdə onun 2018-də verdiyi vədləri araşdırıb tapdım. İnsan verdiyi vədin, heç olmasa, birini yerinə yetirər! “Fənərbaxça”nın dərdi çempionluqdu. Bu camiənin çempionluğa ehtiyacı var. Uşaqlar artıq ağlayır. Sən, hər halda, xalqın arasında gəzmirsən, nə baş verdiyini görmürsən. Ona görə də artıq ayrılmaq vaxtıdı. 7 il ərzində ortada bir ciddi uğur yoxdu. Bir böyük qardaş kimi sənə sonuncu məsləhətimi vermək istəyirəm. İmza toplanılmasını gözləmədən özün ayrıl və bir qədər böyüməyə cəhd göstər. Üzərində işlə, ətrafını güclü isimlərlə doldur, bəzi şeyləri öyrən. Artıq vəziyyət o qədər ciddidi ki, insanlar imza toplamaqla da olsa, səni qovmağa hazırdılar. Əli Koç “Fənərbaxça”nın yaxşı heyətə malik olduğunu deyir. Talişka və Şkrinyardan başqa hansı oyunçunu “Qalatasaray” transfer etmək istəyər? Amma sən “Qalatasaray”dan ən azı 4-5 oyunçu almaq istəyərsən. Bu camiənin artıq birləşməyə ehtiyacı var. Bizim bu camiəni idarə etmək üçün təcrübəmiz də var, cəsarətimiz də. “Fənərbaxça” sahibsiz qalmayacaq. Prezidentliyə namizədliyimi açıqlayıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri