Icma.az
close
up
RU
Fənərbaxça son qalibi məğlub edib finala yüksəldi!

Fənərbaxça son qalibi məğlub edib finala yüksəldi!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa basketbolunun bir nömrəli klub turniri olan Avroliqada ''dördlər finalı''na start verildi.

Bu dəfə ''dördlər finalı''na Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dəbidə yerləşən ''Etihad Arena'' ev sahibliyi etdi. İlk yarımfinalda ''Fənərbaxça'' ilə turnirin son qalibi statusunda olan ''Panatinaikos'' üz-üzə gəldi.
Oyuna çox yaxşı başlayan və ilk 4 dəqiqəyə 8 xallıq üstünlük (13:5) yaxalayan İstanbul nəhəngi kiçik fasiləyə 22:13 öndə yollandı. İkinci çeyrəyə Hayes-Devis və Tarık Biberoviçin 3 xallıqları ilə başlayan ''Fənər'' 13-cü dəqiqəni 31:18 öndə tamamladı. Amma sonrakı dəqiqələrdə komandanın tempi bir qədər aşağı düşdü. Yunanıstan nəhəngi fərqi azaltmağa müvəffəq olsa da, ''Fənər'' böyük fasiləyə 38:33 öndə yollandı.
Fasilədən sonra hər iki komanda xal toplamaqda çətinlik çəkdi. Amma ''sarı-lacivərdlilər'' Makkollumun sayəsində yenidən fəallaşdılar. Şarunas Yasekyaviçyusun komandası son çeyrəyə 53:45 öndə daxil oldu. Sona 5 dəqiqə qalmış ''Pana''nın lideri Kendrick Nannın 5-ci qayda pozuntusuna yol verərək meydanı tərk etmək məcburiyyətində qalması da öz təsirini göstərdi. Yunanların türkiyəli ulduzu Cedi Osman isə 22 xal toplasa da, bu, qələbə üçün yetərli olmadı. Həm yaxşı müdafiə olunan, həm də hücumda inamlı təsir bağışlayan ''Fənər'' ötən ilki səhvləri təkrarlamadı.
Bu komandalar ötən il də yarımfinalda qarşılaşmış və yunanlar inamlı qələbə qazanmışdı. Bu dəfə isə ''Fənər'' 82:76 hesabı ilə qalib gələrək 2018-dən bu yana ilk dəfə, tarixində 4-cü dəfə Avroliqanın finalına yüksəldi! ''Fənər'' daha öncə 2016, 2017, 2018-ci illərdə finalda oynamış və yalnız 2017-də bu turniri qazana bilmişdk. Avroliqaya damğa vuran mütəxəssislərdən olan Ərgin Ataman bu dəfə finala həsrət qaldı. Ünlü türkiyəli mütəxəssis daha öncə 2019, 2021 və 2022-də ''Anadolu Efes'', 2024-də ''Panatinaikos''un başında bu turnirin qalibi olmuşdu.
Digər yarımfinalda da favorit sayılan komanda məğlub oldu. Yunanıstanın digər nəhəngi ''Olimpiakos'' ''Monako''ya 68:78 hesabı ilə uduzdu. Moneqasklılar tarixdə ilk dəfə bu turnirin finalına vəsiqə qazandılar.
Beləliklə, mayın 25-də 3-cülük matçında ''Panatinaikos'' ilə ''Olimpiakos'', finalda isə ''Fənərbaxça'' ilə ''Monako'' qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 May 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see360

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see322

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see282

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see281

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see272

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see264

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see260

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see255

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see247

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see241

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see239

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see235

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see231

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see228

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see226

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see225

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see218

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see213

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see213

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri