“Fənərbaxça” və “Qalatasaray”ın oyunlarının hakimləri açıqlanıb
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Fənərbaxça” – “Roma” və “Sportinq” – “Qalatasaray” matçlarının hakim təyinatları müəyyənləşib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər"in qarşılaşmasını ispaniyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Xesus Xil Mansano olacaq. Ona Dieqo Barbero və Quadalupe Porras Ayyuso kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xuan Martines Munuera yerinə yetirəcək.
VAR-da Sezar Soto Qrado, onun köməkçisi isə Valentin Qomes olacaq.
“Qalatasaray”ın Portuqaliyada “Sportinq”lə keçirəcəyi görüşün baş hakimi isə norveçli Espen Eskas olacaq. Ona Jan Erik Enqan və Alf Olav Rossland kömək edəcəklər. Dördüncü hakim Sigurd Krinqstad olacaq.
VAR otağında Almaniyadan Kristian Dinqert, onun köməkçisi kimi isə belçikalı Bram Van Drişşe fəaliyyət göstərəcək.
Çempionlar Liqasında Nepal faciəsi qurbanları yad olunacaq Millimiz toplanışa start verib “Mançester Yunayted”in iştirak ərizəsi BƏLLİ OLDU Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib “Qarabağ”ın rəqibi bəlli olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 08 Sentyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















