Icma.az
close
up
RU
“Fənərbaxça”dan nümunəvi addım

“Fənərbaxça”dan nümunəvi addım

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Fənərbaxça”dan nümunəvi addım

Türkiyənin “Fənərbaxça” klubu sosial məsuliyyət layihəsinə start verib.

QOL.az xəbər verir ki, “Gələcəyə ümid” adlı proqram çərçivəsində əsas komandanın futbolçularının maaşının 1 faizi aztəminatlı ailələrdən olan uşaqlara yardım məqsədilə ayrılacaq.

İstanbul təmsilçisi bu barədə rəsmi sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb. Klub eyni zamanda transfer siyasətində də sərt mövqe nümayiş etdirib. Belə ki, sözügedən layihəni dəstəkləməyən və maaşından 1 faiz ayırmağa razı olmayan futbolçularla danışıqlar aparılmayacaq. Proqramın hazırkı heyətə şamil olunub-olunmayacağı isə hələlik açıqlanmayıb.

"Fotomaç"ın məlumatına görə, bir sıra futbolçular artıq təşəbbüsə açıq dəstək veriblər. Matteo Genduzi, Ederson, Marko Asensio, Milan Şkrinyar, Talişka, Kərəm Aktürkoğlu, Edson Alvares, Nelson Semedu, Fred və Arçi Braun klubun bəyanatını sosial şəbəkələrdə paylaşıblar.

Klubun açıqlamasında bildirilib ki, layihə idman direktoru Devin Ozekin ideyası əsasında hazırlanıb və “Fənərbaxça”nın dəyərlərini əks etdirən davamlı sosial məsuliyyət modeli kimi həyata keçiriləcək. Proqram Ozekin anası Korneliya Ozekin xatirəsinə həsr olunub.

“Fənərbaxça”nın açıqlamasında vurğulayıb ki, klub üçün uğur təkcə qazanılan kuboklarla deyil, insan həyatına qatılan dəyərlə ölçülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see235

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see172

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri