Fənn olimpiadalarının rayon mərhələsi üzrə buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-dən etibarən Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) turunda iştirak hüququ qazanan şagirdlər üçün buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, buraxılış vərəqələrinin yüklənməsi https://portal.edu.az platforması vasitəsilə həyata keçirilir. Buraxılış vərəqəsini əldə etməkdə çətinlik çəkən şagirdlərdən təhsil aldıqları ümumi təhsil müəssisəsinə və ya müvafiq yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.
Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turunun informatika fənni üzrə yanvarın 10-11-də, digər fənlər üzrə isə yanvarın 18-də keçirilməsi nəzərdə tutulur. İnformatika fənni üzrə imtahanın dəqiq tarixi və saatı barədə məlumat yaxın günlərdə www.algo.az platformasında şəxsi kabinetlərdə yerləşdiriləcək.
Qeyd edək ki, olimpiadaların təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərə marağın artırılması, həmçinin onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Dekabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















