Icma.az
close
up
RU
Fərdi istifadəçilər kibertəhlükəsizlik baxımından bunlara diqqət etməlidir

Fərdi istifadəçilər kibertəhlükəsizlik baxımından bunlara diqqət etməlidir

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bulud texnologiyaları artıq ənənəvi serverlərdən daha çevik və səmərəli imkanlar təqdim edir". 

Bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Missiya.Az-a danışıb.

 

"Şirkətlər sürət, miqyaslanma və xərclərə qənaət baxımından buludu üstün tuturlar. Amma bununla belə, kritik təhlükəsizlik və məxfilik tələbləri olan qurumlarda ənənəvi serverlər hələ də öz aktuallığını qoruyacaq. Gələcəyin modeli tam əvəzlənmə deyil, hibrid yanaşma olacaq – yəni bulud əsas platforma kimi, ənənəvi serverlər isə ehtiyacdan asılı olaraq istifadə olunacaq".

İKT eksperti Kibertəhlükəsizlik baxımından fərdi istifadəçilərin diqqətli olmasının vacibliyini vurğulayıb:

"Güclü və unikal şifrələrdən istifadə etmək, iki faktorlu autentifikasiyanı aktivləşdirmək, şübhəli linklərə və ya fayllara klikləməmək əsas qaydalardır. Proqram təminatının daim yenilənməsi və açıq Wi-Fi şəbəkələrində ehtiyatlı davranmaq da şəxsi məlumatların qorunmasında mühüm rol oynayır. Sadə görünən bu addımlar gündəlik həyatda ciddi təhlükələrin qarşısını ala bilər".

E. Abbasov daha sonra süni intellektin geniş imkanları və həmçinin müvafiq riskləri də burada qeyd edib:

"Süni intellekt İKT sahəsində geniş imkanlar açır – xidmətlərin avtomatlaşdırılması, şəbəkə monitorinqi, kibertəhlükəsizlikdə risklərin aşkarlanması və böyük məlumatların emalı kimi. Bununla yanaşı, risklər də artır: AI vasitəsilə mürəkkəb kiberhücumlar hazırlana, dezinformasiya yayılması sürətlənə bilər. Buna görə süni intellektin tətbiqi ilə yanaşı etik normalar və təhlükəsizlik standartları da paralel inkişaf etməlidir ki, imkanlarla bərabər risklər də effektiv idarə olunsun".


İlahə Qənbərli
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://missiya.az
archiveBu xəbər 26 Avqust 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri