“Ferensvaroş”un baş məşqçisi: “Qarabağ”la oyuna görə əsas heyətin 10 futbolçusuna istirahət vermişdim
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 18 avqust, AZƏRTAC
“Ferensvaroş” və “Qarabağ” oxşar komandalardır. Bu mənada şanslar bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın “Ferensvaroş” klubunun baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis bildirib ki, özlərinə xas oyun üslubu ilə meydanda Azərbaycan çempionuna problem yarada bilərlər: “Bu iki görüşdə ən önəmlisi top buraxmamaqdır. Bilirik ki, bu mərhələdə zəif rəqib yoxdur. Getdikcə hər şey çətinləşir. Bura qədər gəlmək bizim üçün əla motivasiyadır”.
“Qarabağ”la oyunun önəminə diqqət çəkən baş məşqçi bu səbəbdən ölkə çempionatının son turunda əsas heyətin 10 futbolçusuna istirahət verdiyini vurğulayıb: “Mən oyunçularımın ürəklə mübarizə aparacaqlarını əminəm. Onlardan azarkeşləri ruhlandıracaq oyun göstərmələrini gözləyirəm".
Robbi Kin “Ferensvaroş”un 3 il öncə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirdiyi oyunları (1:1, 1:3) izlədiyini söyləyib: “Həmin matçlar tamam fərqlidir. İndi yeni futbolçular və baş məşqçi var. Geriyə baxmağı sevmirəm. Yeni çıxan heç bir “Ceyms Bond” filmi əvvəlki ilə eyni deyil”.
Mütəxəssis “Qarabağ”la oyunlarda heyətlə bağlı dəyişikliklərin ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Avqust 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















