Ferentsvaroş Qarabağ oyununu bu hakimlər idarə edəcək
Icma.az, Metbuat saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununun hakimıəri müəyyənləşib.
Metbuat.az xəbər verir ki, Macarıstanda baş tutacaq ilk matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Juan Pedru da Silva Pineyruya yan xətt hakimləri qismində Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya yardımçı olacaq.
Klaudiu Filipe Ruivo Pereyra dördüncü hakim, Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcək.
İsveçli Stefan Yohannesson hakim-inspektor, gürcüstanlı İrakli Nakaidze UEFA nümayəndəsi təyin olunub.
Qeyd edək ki, avqustun 19-da Budapeşt şəhərindəki "Groupama Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab görüşü avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Baxış sayı:119
Bu xəbər 17 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















