Ferentsvaroş un itirəsi bir şeyi yoxdur, Qarabağ ın isə arxayınlaşacağına inanmıram
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə Budapeştdə "Ferentsvaroş"a 3:1 qalib gəlməsini şərh edib:
"Qarabağ"ı Budapeştdə ağır oyun gözlədiyini bilirdik. Çünki "Ferentsvaroş" çox yaxşı komandadır. Yaxşı futbolçulara sahibdir. Düşünürdüm ki, "Qarabağ" üçün çox çətin oyun olacaq. Onsuz da belə alındı, rahat deyildi. Amma "Qarabağ"ın 3:1 hesabı ilə qalib gələcəyini düşünmürdüm. İnanırdım ki, "Qarabağ" Bakıya sərfəli nəticə ilə qayıdacaq. Lakin 3:1 hesabını təsəvvür etmirdim. Şükürlər olsun ki, onlar öz layiqli oyunu ilə qələbə qazandı. "Qarabağ" bütün komponentlərdə üstün oyun nümayiş etdirdi. Birinci hissədə də belə idi. Xüsusilə ikinci hissədə "Qarabağ" rəqibini üstələdi. Bu da sonda layiqli nəticəyə gətirib çıxardı".
Əmirquliyevin fikrincə, Bakıdakı cavab görüşü daha da ağır alınacaq: "3:1 "Qarabağ" üçün çox sərfəli nəticədir. Amma inanmıram ki, komandamız buna görə arxayınlaşsın. Ev oyununa bundan da ciddi hazırlaşacaqlar. Bakıdakı matç daha da çətin olacaq. Çünki "Ferentsvaroş"un itirəsi bir şeyi yoxdur. 3:1 qalib gəlsək də, hələ cavab görüşü var. Futboldur, hər nəticə olur. Arxayınlaşmaq olmaz. Bununla bərabər, biz "Qarabağ"a inanırıq. İnanırıq ki, "Qarabağ" evdə də lazım olan nəticəni əldə edə biləcək".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 24 Avqust 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















