Icma.az
close
up
RU
Fərhad Məmmədov: Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması rəsmi Bakının sülh gündəliyinə sadiqliyinin göstəricisidir

Fərhad Məmmədov: Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması rəsmi Bakının sülh gündəliyinə sadiqliyinin göstəricisidir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 noyabr, Günel Türksoy, AZƏRTAC

Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etdi. Artıq Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kiloqram olan buğda yüklü 15 vaqon rəsmiləşdirilərək Ermənistana gedib. Bu məsələ Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinin tərkib hissəsidir. Adətən ölkələr tərəfindən atılan bu cür addımlar qarşılıqlı olur. Lakin Azərbaycan tərəfi Ermənistan ərazisindən istifadədə hələ ki, maraqlı deyil. Ona görə də bu addımı birtərəfli qaydada həyata keçirib. Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması rəsmi Bakının sülh gündəliyinə sadiq qalmasının göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov söyləyib.

Onun sözlərinə görə, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı gedən prosesdə Azərbaycanı maraqlandıran ən vacib məqam TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah naminə Marşrutu) layihəsinin həyata keçirilməsi ilə bağlı yekun qərarın verilməsidir. “Artıq məlumatlar yayılıb ki, Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında bu məsələ ilə bağlı bir neçə dəfə danışıqlar həyata keçirilib. Danışıqlarda infrastrukturun yaradılması, fəaliyyət rejiminin hansı istiqamətdə həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilir. Ermənistanla ABŞ arasında əldə ediləcək razılaşmalar, eyni zamanda, Azərbaycanın razılığı ilə imzalanmalıdır. Hesab edirəm ki, TRIPP layihəsi istiqamətində danışıqlar bitdikdən və sənədlər imzalanandan sonra nəqliyyat-kommunikasiya sahəsinə aid olan digər məsələlərdə də müəyyən addımların atılmasının şahidi ola biləcəyik”, - deyə F.Məmmədov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri