Icma.az
close
up
RU
“Siyarto İrəvanda Avropa riyakarlığını ifşa etdi” Fərhad Məmmədov

“Siyarto İrəvanda Avropa riyakarlığını ifşa etdi” Fərhad Məmmədov

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Politoloq Fərhad Məmmədov Ermənistan Diplomatik Forumunda Macarıstanın xarici işlər naziri Peter Siyartonun çıxışına münasibət bildirib. O, baş verənləri Avropa siyasətindəki ikili standartların ifşası kimi dəyərləndirib.

Məmmədovun sözlərinə görə, forumun formatı əvvəlcədən manipulyasiya məqsədilə qurulmuşdu. O qeyd edib ki, Polşadan olan moderator spikerlərin çıxışlarını tez-tez yarımçıq kəsərək, onları öz sualları ilə yönləndirməyə çalışırdı. Politoloq hesab edir ki, bu kimi hallarda ya təmkinli davranmaq, ya da moderatoru nəzərə almadan fikirləri tam ifadə etmək lazımdır.

Məmmədov bildirib ki, Peter Siyarto bütün təzyiqlərə baxmayaraq, arqumentlərini əsaslı şəkildə təqdim edib. O, Avropa İttifaqının Rusiyaya qarşı sərt mövqeyi fonunda Macarıstana qarşı ittihamların əsassız olduğunu əsaslandıraraq, ölkəsinin enerji təhlükəsizliyini yalnız Rusiya ilə əməkdaşlıq vasitəsilə təmin edə biləcəyini vurğulayıb.

Siyarto Fransa, Belçika və İspaniyanın Rusiyadan LNG idxalını artırdığını xatırladaraq auditoriyaya sarkastik şəkildə belə müraciət edib: “Əgər ittiham varsa, Fransanın xarici işlər nazirinə də eyni sual verilsin.”

Forumun ən gərgin anlarından biri Ermənistanın Avropa Sülh Fondundan aldığı 20 milyon avro ilə bağlı məsələ olub. Məmmədovun fikrincə, moderator bu mövzunu qəsdən gündəmə gətirərək vəsaitin guya “erməni xalqı üçün xəstəxanalara” ayrıldığını iddia edib. Siyarto isə dərhal reaksiya verərək vəsaitin Ermənistan ordusuna ayrıldığını, bu yanaşmanın isə birtərəfli olduğunu bildirib.

Politoloq əlavə edib ki, Siyarto 2023-cü ildə Ermənistana ayrılan 10 milyon avro fonunda Macarıstanın eyni məbləğin Azərbaycana da ayrılması üçün çalışdığını xüsusi vurğulayıb. Bu, Macarıstanın balanslı və prinsipial mövqeyinin göstəricisidir.

Forumun əsas skandalına toxunan Məmmədov bildirib ki, moderatorun “Azərbaycan Avropa Sülh Fondundan heç vaxt vəsait istəməyib” fikri qəsdən yayılan dezinformasiyadır. O xatırladıb ki, Aİ-nin Xarici Əlaqələr Xidməti həmin günlərdə Azərbaycanın fonda rəsmi müraciət etdiyini təsdiqləyən bəyanat yaymışdı.

Fərhad Məmmədov sonda vurğulayıb ki, Peter Siyartonun İrəvandakı çıxışı Macarıstanın milli maraqlara əsaslanan prinsipial siyasətini ortaya qoydu: “Avropa İttifaqı yeknəsək deyil, Macarıstan reallığı səsləndirir. Forum isə göstərdi ki, bu reallıq bəzi dairələri narahat edir.”

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri