Ferhat Göçerin 20 yaşlı oğlu universiteti fərqlənmə diplomu ilə bitirdi
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Məşhur müğənni Ferhat Göçerin 20 yaşlı oğlu Londonda universiteti fərqlənmə diplomu ilə bitirib.
BAKU.WS xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında bildirib.
"Oğlum Can London Universitet Kollecini İqtisadiyyat üzrə birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib. Bir ata üçün qürurverici bir gündür... Nə qədər sevindiyimi ifadə edə bilmirəm. Xoş arzularına və təbriklərinə görə bütün dostlarıma təşəkkür edirəm..." - deyə Ferhat Göçer qeyd edib.
Xatırladaq ki, 20 yaşlı Can Göçer dünyanın nüfuzlu təhsil müəssisələrindən biri "London Universitet Kolleci"ni (UCL) "Birinci Dərəcəli Fərqlənmə" diplomu ilə bitirib.
Universitetdə "İqtisadiyyat və siyasət" ixtisası üzrə təhsil alan Can akademik karyerasını "London İmperial Kolleci"ndə iqtisadiyyat üzrə magistr dərəcəsi alaraq davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 17 Sentyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















