Icma.az
close
up
RU
Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir?

Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir?

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İslahat yaxşı prosesdir. Amma bu proses inkişafa xidmət edərsə, orada uğurlu nəticə almaq olar.

Amma islahat adı altında işini bilən adamları ləkələmək cəhdləri isə nə dövlətə xidmətdir, nə də peşəkar vəzifə borcudur.

Bu yalnız kənardan eybəcər bir mənzərə ortaya çıxarır.

Söhbət,  son zamanlar ölkənin yeni ədliyyə naziri Fərid Əhmədovun Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu devirmək cəhdlərindən gedir.

Təbii ki, Mirsaleh Seyidov bu posta prezident sərəncamı ilə təyin edildiyindən nazirin onu işdən azad etmək səlahiyyəti yoxdur.

Ona görə də Fərid Əhmədov Mirsaleh Seyidovu kənarlaşdırmaq üçün Penitensiar Xidmətin fəaliyyətində nöqsan axtarışına çıxıb.

Bildirilir ki, nazirliyin çoxsaylı yoxlama qrupu Penitensiar Xidmətin yoxlayır.

İndi hər kəs bu haqqda danışdığı üçün bu mövzuya yer ayırmalı olduq.

Biz də iddia etmirik ki, Penitensiar Xidmətin işi mükəmməldir.

Bugün Azərbaycan dövləti cəza icra siyasətinə görə Avropa Şurası ölkələri arasında ən çox tənqid edilən dövlətdir.

Azərbaycanda Avropa Penitensiar Qaydalarının tətbiqində ciddi problemlər var.

Cəzaçəkmə Müəssisələrinin əksəriyyətində şəraitsizlik hökm sürür.

İşgəncələr də etiraf edilməlidir.

Amma etiraf edək ki, Mirsaleh Seyidovun bu posta təyinatından sonra məhkumlarla onların ailə üzvlərinin görüşü üçün  uzun illərdən  bəri ənənəyə çevrilən  pul söhbətinə son qoyulub.

Bu, həbsxanalarda saxlanılan şəxslərin ailə üzvləri ilə telefon danışıqlarına da aiddir.

Bundan başqa son zamanlar məhkumların qida təminatında ciddi dəyişikliklər olub.

Əvvəlki illərdə 3-4 ay  həbsxana yeməklərinin ümidinə qalan şəxs qısa zamanda xəstəliklərə düçar olurdu.

Bir sözlə bugün Mirsaleh Seyidov gücü və mövcud imkanları daxilində bu sahədə müsbət dəyişikliklər edə bilib.

Ən böyük problem isə məhkumların tibbi təminatıdır ki, bu sahədəki dəhşətli vəziyyət hamını şoka salır.

Məhkumların sağlamlığı məsələsi birbaşa Ədliyyə Nazirliyinə aid məsələ olduğundan cənab nazir yaxşı olardı ki, bu sahədə düzən yaratsın.

Cəzaçəkmə Müəssisələrinin və istintaq təcridxanalarında tibbi təminat yox dərəcəsindədir.

Müayinə yoxdur, dərmanlar pulla satılır.

Korrupsiya bu sahəni birmənalı olaraq “yeyib”.

Mirsaleh Seyidovu bu strukturdan kənarlaşdırıb hansısa bir iş bilməzi ora təyin etdirmək isə Penitensiar Xidmətdə islahat sayıla bilməz.

Bugün Ədliyyə Nazirliyinin əksər strukturlarında bu sahəyə yad adamlar yerləşdirilməsindən bütün ölkə danışır.

Amma Penitensiar Xidmət spesifik xidmət sahəsidir. Orada rəhbərliyə dost-tanış, tələbə yoldaşı gətirməklə pis nəticələr ortaya çıxar.

Demədi,deməyin…

Pərviz Həşimli 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 İyul 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri