Fərid Əsgərov və Bəylər Əyyubovun birgə FOTOSU
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Üç gün əvvəl Vətən müharibəsindəki zəfərimizin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda dövlətin müxtəlif qurumlarını təmsil edən rəhbər şəxslər də iştirak ediblər.
Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Azadlıq Meydanında baş tutan paradı izləyənlər arasında yüksək rütbəli zabitlər də yer alıblar.
Onların sırasında Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi, general-mayor Fərid Əsgərov və onun sələfi, general-polkovnik Bəylər Əyyubov da olub. Generallar möhtəşəm tədbiri birlikdə izləyiblər. Onların birgə fotosu maraq doğurub. Fərid Əsgərov həm də ilk dəfə general formasında ictimaiyyət qarşısında görünüb.
Qeyd edək ki, bu ilin iyun ayında B.Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezidentin Katibliyinin rəisi təyin olunub. Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə F.Əsgərov gətirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 10 Noyabr 2025 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















