Icma.az
close
up
RU
Fərid Namazov: “Burada heç kim sənə güzəşt etmir”

Fərid Namazov: “Burada heç kim sənə güzəşt etmir”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının I turunda “Araz-Naxçıvan”la heç-heçə edən (0:0) “İmişli”nin baş məşqçisi Fərid Namazov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, gənc mütəxəssis görüş barədə düşüncələrini bölüşdü:

– Çempionatın ilk turları həmişə çətin olur. Nə qədər yoldaşlıq matçı keçirsən də, rəsmi oyunun ritmini, gərginliyini və məsuliyyətini hiss etmək tam başqa məsələdir. Bərabər mübarizə izlədik. Həm bizim, həm də “Araz-Naxçıvan”ın yaxşı epizodları var idi. Taktiki baxımdan istər hücumda, istərsə də müdafiədə istədiklərimizi yerinə yetirməyə çalışdıq. Püşk atılandan rəqibi analiz edirdik, lakin əsas hədəfimiz rəqibin qabağını almaqdan çox, öz oyunumuzu inkişaf etdirmək idi. Hər iki tərəf qələbə qazana bilərdi. Yaxşı müqavimət göstərdikləri üçün rəqibə təşəkkür edirəm.

F. Namazov ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Çempionatın ən gənc baş məşqçisi kimi Premyer Liqa matçına komanda çıxarmaq necə bir hissdir?

– Əlbəttə, xoş hissdir. Yaş məsələsini özüm də çox qabartmaq istəmirəm, bu stereotipi beynimdən atmağa çalışıram. Əgər bu səviyyəyə gəlib çıxmısansa, yaş bir kənarda qalır və digər mütəxəssislərlə rəqabətə qoşulursan. Burada heç kim sənə güzəşt etmir. Diqqətimi tam olaraq həm özümün, həm də komandanın inkişafına yönəltmişəm.

– Önümüzdə təzyiqli və stresli bir mövsüm var. Siz və komandanız bu gərginliyə nə dərəcədə hazırsınız?

– Çempionatın hansı axarda keçəcəyi 3–4 turdan sonra məlum olacaq. Çünki hazırda komandalar haqqında məlumatlarımız daha çox şifahidir. Əlbəttə, kənardan gözləntilər və müəyyən gərginlik olacaq, bu da futbolun tərkib hissəsidir. Uğur qazananda təriflənirsənsə, uğursuzluq zamanı iradları qəbul etməlisən. Tənqidlərə açığam, çünki xaricdən gələn təsir və tənqid olmadan inkişaf etmək mümkün deyil.

– Komanda oyununa görə “İmişli” daha üstün təsir bağışladı. Bu xala görə üzüldünüz?

– Xüsusən standart vəziyyətlərdən yaxşı fürsətlərimiz oldu, çünki bunun üzərində çox işləyirik. Qol vursaydıq əla olardı, lakin tam qələbəyə layiq idik desəm, ədalətsizlik olar. Rəqibin də hər iki hissədə təhlükəli epizodları var idi. Düzdür, rəqibin xüsusilə sol cinahdan, Məhəmməd Maranın olduğu tərəfdən hücum edəcəyini bilirdik, amma bəzən əvvəlcədən gördüyün təhlükənin də qarşısını ala bilmirsən. Yekunda bərabər səviyyəli oyun getdi.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Avqust 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri