Icma.az
close
up
RU
Fərid Qayıbov: “Artıq üçüncü il Avropa kuboku Bakıda keçiriləcək”

Fərid Qayıbov: “Artıq üçüncü il Avropa kuboku Bakıda keçiriləcək”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İyunda gimnastika yarışları digər aylara nisbətən daha çox bütün qitədə yayıldı! Avropa və yeniyetmələr arasında dünya çempionatından tutmuş kütləvi tədbirlərə qədər - gimnastika diqqət mərkəzində olub".

İdman.biz xəbər verir ki, bunu Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov deyib.

O, rəhbərlik etdiyi qurumun saytındakı “Prezidentin qeydləri” rubrikasında yayın ilk ayının əlamətdar hadisələrini qeyd edib.

O, iyunda baş verən önəmli hadisələri belə xatırladıb: “İdman gimnastikası üzrə Leypsiqdə keçirilən Avropa çempionatının böyük uğurla başa çatmasından dərhal sonra Estoniyanın paytaxtı Tallinə yollandıq. Burada bədii gimnastika üzrə 41-ci Avropa çempionatı baş tutdu. "Unibet Arena" idmançılarımıza heyrətamiz çıxışlarını nümayiş etdirmək üçün əsl nağıllar məkanı təqdim etdi. Tamaşaçılar həm idmançıların, həm də maskotumuz Luicinin iştirakı ilə tarixi anlara şahid oldular və öz minnətdarlıqlarını səmimi şəkildə ifadə etdilər. Xalçada, final mərhələlərində və mükafatlandırma mərasimində bir çox ölkənin təmsil olunması sevindirici məqamlardan idi.

Bu, Estoniyada keçirilən ilk Avropa səviyyəli gimnastika yarışı idi və bu bizim üçün qürurverici məqamdır. Baltik regionuna yenidən qayıtmaq bizi məmnun edir. Estoniya Gimnastika Federasiyasına xüsusi təşəkkür düşür – siz göstərdiniz ki, ‘kiçik’ federasiyalar da yüksək səviyyəli tədbirləri uğurla təşkil edə bilərlər".

Qayıbov həmçinin İsveçrənin Lozanna şəhərində keçirilən gimnastika festivalını da qeyd edib: “Bu, dünyanın ən iri və ən qədim gimnastika festivallarından biridir. Bu möhtəşəm festivalın 77-ci tədbirinə şahidlik etmək şərəfinə nail olduq. Tarixi təxminən 200 il bundan əvvəl başlayan - ilk dəfə 1832-ci ildə keçirilmiş bu festival hər 6 ildən bir təşkil olunur və hazırda İsveçrənin ən böyük idman tədbiridir. 65 min iştirakçı və 300 min ziyarətçi ilə bu, idmanımız üçün ən yaxşı reklamdır: istər həvəskar, istərsə də yüksək səviyyəli gimnastika ilə məşğul olmağın sevincini göstərir, çıxışların keyfiyyətini vurğulayır, dünyanın hər yerindən qonaqları cəlb edir”.

Avropa Gimnastikasının prezidenti əhəmiyyətlə hadisələrdən olan gənclər arasında dünya çempionatı barədə də danışıb: “Bolqarıstanın paytaxtı Sofiyada baş tutan bu turnirdə gələcəyin ulduzları parladı. Üçüncü dəfə keçirilən tədbirdə ev sahibi ölkə özünün dünya şöhrətli bədii gimnastika reputasiyasına sadiq qalaraq növbəti nəslin əvvəlki nəsillər qədər yaxşı olduğunu nümayiş etdirərək bir daha fərqləndi. Fərdi yarışlarda medallarıhəmçinin Polşa və Gürcüstan təmsilçiləri qazanıb, Ukrayna və İtaliya isə qrup yarışında mükafatçı yerləri tutublar. Çoxlu sayda ölkələrin finala çıxması və medal qazanması bu növ üçün böyük bir irəliləyişdir. Gələcək, şübhəsiz ki, parlaq görünür!"

Fərid Qayıbov həmçinin Avropa Gimnastikası İcraiyyə Komitəsinin Lozannada keçirilən ikinci iclası barədə də məlumat verib: “Burada bir çox maraqlı mövzuları müzakirə etdik, o cümlədən Avropa kuboku seriyasını. Məmnuniyyətlə bildirirəm ki, bədii gimnastika üzrə bir yarış artıq təsdiqlənib – o, may ayının ilk həftəsonu, üçüncü il ardıcıl olaraq, yenidən Bakıda keçiriləcək! "Strategiya Planı 2030" çərçivəsində bu seriyaya daha çox növ və mərhələ əlavə etməyi planlaşdırırıq”.

O, həmçinin noyabrın sonunda Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa Gimnastikasının Konqresi ilə bağlı hazırlıqlara toxunaraq deyib:
“Konqres seçki xarakterlidir və namizədlərin siyahısı artıq açıqlanıb. Bu qədər ölkənin və namizədin təşkilata töhfə verməyə hazır olması, son dövrlərdə həyata keçirdiyimiz işlərin və yeni strategiyamızın uğurlu nəticəsidir. Bütün namizədlərə uğurlar arzulayıram və inanıram ki, federasiyalarımız Avropa gimnastikasının gələcəyi üçün peşəkar insanları seçəcəklər”.

Sonda Qayıbov qarşıdan gələn iki böyük çoxnövlü idman tədbirinə də diqqət çəkib: “İyulda Avropa Gənclər Olimpiya Festivalı (EYOF) və Dünya Universiadası keçiriləcək. Hər ikisi çox fərqli hədəf qrupları üçün gimnastikanın ən yaxşılarını nümayiş etdirir: EYOF gənc bədii gimnastlara ilk dəfə olaraq kompleks tədbirdə öz güclərini sınamaq imkanı verir, Ümumdünya Universitet Oyunları isə təhsil və yüksək səviyyəli idman performansının bir-biri ilə əlaqəli olduğunu göstərir. Bütün iştirakçılara uğurlar!"

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 İyul 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri