Icma.az
close
up
RU
Fərid Qayıbov: “Gimnastika yenidən Avropa Oyunlarının bir hissəsi olacaq”

Fərid Qayıbov: “Gimnastika yenidən Avropa Oyunlarının bir hissəsi olacaq”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qürur hissi ilə bildirirəm ki, gimnastika yenidən Avropa Oyunlarının bir hissəsi olacaq”.

İdman.biz xəbər verir ki, bunu Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov rəhbərlik etdiyi qurumun saytında ənənəvi “Prezidentin qeydləri” rubrikasında deyib.

O, Avropa Olimpiya Komitələrinin (EOC) Frankfurtda keçirilən Konqresi haqqında danışıb: “Mən avropalı həmkarlarımla ünsiyyət qurmaqdan və vizyon, strategiya və fəaliyyətləri müzakirə etməkdən həzz alıram. EOC prezidenti Spiros Kapralos yenidən seçilib. Ona bu təşkilatın rəhbəri kimi daha böyük uğurlar arzulayıram, o bunu son illərdə sübut edib. Türkiyə rəsmiləri həyat qaynayan İstanbulda keçiriləcək 2027-ci il Avropa Oyunlarına ev sahibliyi etmək üçün müqavilə imzalayıblar. Fəxrlə bildirirəm ki, gimnastika yenidən Oyunların bir hissəsi olacaq! İndi biz növlərin, nömrələrin və təsnifat prosesinin müzakirəsi mərhələsinə daxil oluruq. Əmin olun, məqsədimiz 2015-ci ildə Bakıda və 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında olduğu kimi, eyni 6 növü də proqrama daxil etməkdir: kişilər və qadınlar arasında idman gimnastikası, bədii gimnastika, batut, akrobatika və aerobika gimnastikası”.

Qayıbov əlavə edib ki, ötən ay gimnastika ictimaiyyəti üçün mühüm qərarların qəbulu dövrü olub: “Fevral ayına Lozannada keçirilən EG texniki toplantısı ilə başladım. Burada texniki komitələrin sədrləri tədbir qaydalarına və proqramlarına dəyişikliklər və təkmilləşdirmələri müzakirə etmək üçün Prezident Şurası ilə qüvvələrini birləşdirirlər. Avropa Gimnastikasında biz televiziya, media, sponsorlar və azarkeşlər kimi digər maraqlı tərəflərin istəklərini uyğunlaşdırmaqla yanaşı, gimnastlarımızı birinci yerə qoyan balanslaşdırılmış məhsul yaratmağı hədəfləyirik".

Texniki İclasdan sonra ilin ilk İcraiyyə Komitəsinin iclası keçirilib: "Burada biz kişi və qadın idman gimnastikası üzrə 2026-cı il Avropa çempionatının ev sahibliyini Xorvatiyanın paytaxtı Zaqrebə verməyi qərara aldıq. Həmçinin batut gimnastikasına 21 yaşadək (U21) kateqoriyanın əlavə edilməsinə səs verdik ki, bu da yeniyetmələrdən böyüklər səviyyəsinə uğurlu keçid imkanını yaxşılaşdıracaq. Bu yaş kateqoriyasında qarışıq sinxron tullanma yarışlarını da əlavə edəcəyik. Onlar 2026-cı ildən başlayaraq batut gimnastikası, tamblinq və qoşa mini-batut üzrə Avropa çempionatının mövcud təqviminə daxil ediləcəklər”.

Fevral həm də beynəlxalq yarışlar mövsümünün başlanğıcı olub: “Gimnastlarımızı yenidən meydançada görmək çox xoşdur. Doğma şəhərim Bakıda batut gimnastikası üzrə Dünya kuboku keçirilib. İnnovativ yeni konsepsiya - qarışıq cütlər arasında sinxron tullanmalar orada uğurla debüt edib. Ümid edirik ki, bu, daha çox gimnast və daha çox tamaşaçı cəlb edəcək. Bədii gimnastikada mövsümün klassik açılışı Kottbusda baş tutdu. Bütün şəhər qadınların dayaqla tullanmadakı fəxri kürsüsündən danışırdı. Hər üç medalçının yaşı 30-dan yuxarı idi və onlardan ikisi anadır, bu, bizim son dərəcə fəxr edə biləcəyimiz böyük təkamüldür.

Mənim üçün fevral ayı Frankfurtdakı “Ayntraxt” klubuna gözlənilməz səfərlə başa çatdı, orada keçmiş aparıcı Azərbaycan gimnastı Aliyə Qarayeva və onun hazırda orada məşq etdiyi gimnastlarla görüşdüm. Mənim üçün təşkil olunan çıxışdan çox zövq aldım və bu gənc gimnastlara yaxşı çıxışlar arzulayıram".

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Mart 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri