Icma.az
close
up
RU
Fərid Qayıbov: “İnanıram ki, bu uşaqlar gələcəkdə uğurlu nəticələrə imza atacaq” FOTO İdman və Biz

Fərid Qayıbov: “İnanıram ki, bu uşaqlar gələcəkdə uğurlu nəticələrə imza atacaq” FOTO İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə start götürüb.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin və Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova Qəbələnin 2024-cü ildə gördüyü işlərdən söz açıb.

O bildirib ki, ötən il Qubada müxtəlif idman tədbirləri təşkil olunub: “2024-cü il həmçinin Quba üçün müxtəlif idman növlərində əlamətdar hadisələrlə yadda qaldı, rayonumuzun futbol və basketbol klubları yaradılıb. İdmanın kütləviləşdirilməsi istiqamətində ciddi işlər görüldü. Qəbələyə bu şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi arzu edirəm".

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova çıxışında Qubanın təcrübəsindən yararlanacaqlarını qeyd edib: "Belə bir tədbir münasibətilə gənclərimizi təbrik edirəm. Qəbələ rayonu nəinki Azərbaycanda, beynəlxalq aləmdə də turizm mərkəzi kimi tanınmaqdır. 2025-ci il üçün Qəbələ MDB Oyunları üçün "Gənclər Paytaxtı" MDB ölkələri arasında gənclər paytaxtı seçilib. İnanırıq ki, Qəbələ sözügedən idman tədbirlərinə layiqincə ev sahibliyi edəcək".

Gənclər və idman naziri Fərid Qayıbov idman bayramı münasibətilə iştirakçıları təbrik edib: "Təbii ki, bu qədər uşağı burada görmək bizi sevindirir. Bu ölkə başçımızın göstərişlərinə əsasən müvafiq qurumların uğurlu işinin nəticəsidir. İnanıram ki, burada gördüyümüz uşaqlar gələcəkdə uğurlu nəticələrə imza atacaq. Mən Quba sakinlərini təbrik edirəm. Ötən il Qubada keçirilən müxtəlif tədbirlər idmanın kütləviliyinin artmasına təsir göstərdi. İnanıram ki, Qəbələ rayon icra hakimiyyəti və müvafiq qurumlarla birgə bu il uğurlu işlər görəcəyik. Bu ilin sonunda Qəbələdə MDB oyunları da keçiriləcək. Bir sözlə, görüləcək işlərimiz çoxdur".

Rəsmi çıxışlardan sonra Fərid Qayıbov idman paytaxtının rəmzi açarını Ətayə Osmanova təqdim edib.

Daha sonra "Qəbələ - İdman Paytaxtı 2025"in maskotu "Marşal" tamaşaçılara təqdim edilib.

İdman səfirləri – bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov çıxış ediblər.

Tədbirin bədii hissəsi gənc müğənni Mərdan Kazımovun ifasında musiqi nömrələri ilə davam edib.

Qeyd edək ki, Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın idman paytaxtı seçilib. "İdman paytaxtı"nın seçimində məqsəd regionlarda idmana olan marağın artırılması və inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliğidir.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Yanvar 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri