Icma.az
close
up
RU
Fərid Qayıbovun Astana görüşləri

Fərid Qayıbovun Astana görüşləri

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyulun 29-da Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərində səfərdə olub. Nazir burada fəaliyyət göstərən “Alem.AI” Beynəlxalq Süni İntellekt Mərkəzində keçirilən “Phygital Sports Summit Astana 2026” beynəlxalq idman sammitində iştirak edib. Sammit çərçivəsində Fərid Qayıbov “Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik” mövzusunda keçirilən sessiyada çıxış edib. Tədbirdən sonra iştirakçılar “Gələcəyin oyunları”nın rəsmi açılış mərasimini izləyiblər. Açılış mərasimində Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri də iştirak ediblər.

Səfər çərçivəsində Fərid Qayıbov Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov və Özbəkistan Respublikasının idman naziri Ədhəm İkramovla ikitərəfli görüşlər keçirib

Fərid Qayıbov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin baş qərargahını da ziyarət edib. Ziyarət zamanı Azərbaycanın hazırda sədrlik etdiyi AQEM (CICA) Gənclər Şurası çərçivəsində son iki il ərzində ölkəmizdə təşkil olunan tədbirlərdə könüllü kimi fəal iştirak etmiş və fərqlənmiş gənclərlə görüş keçirilib. Görüşdə gənclərə AQEM Katibliyinin fəaliyyəti, təşkilatın əsas istiqamətləri və beynəlxalq təşkilatlarda karyera imkanları barədə ətraflı məlumat verilib. 

Nazir Fərid Qayıbov həmçinin AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb. Görüşdə AQEM ilə gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see399

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see394

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see306

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see294

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see289

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see287

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see268

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see265

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see265

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see262

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see257

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see252

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see250

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see240

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see239

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see233

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see223

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see218

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see212

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri