Icma.az
close
up
RU
Nazir Fərid Qayıbovun müavini bu səbəbdən vəzifədən qovulub EKSKLÜZİV

Nazir Fərid Qayıbovun müavini bu səbəbdən vəzifədən qovulub EKSKLÜZİV

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gənclər və idman naziri Fərid Qayıbovun müavinlərindən olmuş Mariana Vasilevanın vəzifədən azad edilməsinin səbəbləri məlum olub. Tribunainfo.az-ın əldə etdiyi xəbərə görə, bir müddət əvvəl Vasileva ilə gimnastlar arasında gərginlik yaşanıb. Hadisənin təfərrüatını açıqlayan mənbə qeyd edib ki, sabiq nazir müavini bəzi gimnastlarla dava edib, hətta onlardan bir neçəsini döydüyü iddiaları var. Həmçinin, nazirlikdə Vasileva ilə digər əməkdaşlar arasında narazılıq yaşanıb. Bundan başqa Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən hər hansı tədbirdən 8 il müddətinə uzaqlaşdırılıb. Ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq qadağan edilib. Azərbaycan milli komandasının baş məşqçi vəzifəsini icra edən Siyana Vasileva (Mariananın qızı) 18 ay, məşqçi Yevgeniya Vilyayeva isə 12 ay müddətinə uzaqlaşdırılıb.

Bu məsələlər ciddi şəkildə insidentə səbəb olduğu üçün siyasi rəhbərliyin nəzərinə çatdırılıb. Vasilevanın gimnastlara qarşı kobud, qeyri-insani davranışı, özünü müştəbeh aparması haqda məruzə edildikdən sonra onun işdən azad olunması qərarı verilib.

Qeyd edək ki, bu təyinat olarkən də narazılıq doğurmuşdu. Vasilevanın klubların birindən yayılan rəqs görüntüləri ciddi qalmaqala, müzakirələrə səbəb olmuşdu.
Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki “Levski” klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra o, ailəsi ilə Azərbaycana köçüb.

2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib.

2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır.

2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib.
2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub. Bundan əvvəl o, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü idi.
16 yanvar 2025-ci ildə Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Yanvar 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see192

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see174

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see157

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see150

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see146

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see133

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see132

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see129

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see129

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see128

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see127

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see126

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see125

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see124

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see123

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see121

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see121

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see117

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see116

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri