Icma.az
close
up
RU
Fərid Şəfiyev: Bakı İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir

Fərid Şəfiyev: Bakı İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 may, AZƏRTAC

Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda İslamofobiya ilə bağlı səsləndirdiyi prinsipial mövqeyi ölkəmizin bu istiqamətdə qətiyyətli və ardıcıl siyasət apardığını göstərir. Azərbaycan bu sahədə həm siyasi, həm də elmi mərkəzə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı tədbirin mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə cari il mayın 26-dan 27-dək İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Son iki ilin təcrübəsi onu göstərir ki, Bakı artıq İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir. Bu məqsədlə müxtəlif ölkələrdən olan tədqiqat institutları və müvafiq qurumlarla fəal əməkdaşlıq qurulub.

F.Şəfiyev təəssüflə qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində Azərbaycan xalqı və mədəni irsi dəfələrlə İslamofobiyanın qurbanı olub. Azad olunmuş ərazilərdə dağıdılmış məscidlər, təhqir edilmiş dini abidələr bu siyasətin açıq sübutudur. Artıq münaqişənin həllindən sonra Azərbaycan bu zərərləri beynəlxalq ictimaiyyətə nümayiş etdirərək bu problemin qlobal miqyasda tanıdılmasına nail olub.

Müzakirələrdə yalnız regional deyil, həm də qlobal səviyyədə baş verən hadisələrə toxunulacağını deyən BMTM-in İdarə Heyətinin sədri diqqətə çatdırıb: “Xüsusilə Yaxın Şərqdə - Suriyada, eləcə də Cənubi Asiyada - Pakistan-Hindistan münasibətləri fonunda Hindistanda müşahidə olunan antimüsəlman siyasəti ciddi narahatlıq doğurur. Fransada isə son illərdə müşahidə olunan İslamofobiya Avropada dini dözümsüzlüyün artmasına səbəb olub. Konfrans çərçivəsində süni intellekt və rəqəmsal medianın İslamofobiyanin yayılması və ya ona qarşı mübarizədə rolu geniş müzakirə ediləcək. Yeni texnologiyalar həm təhdid, həm də imkan yaradır, bu balansı düzgün qurmaq üçün alimlər, siyasətçilər və media nümayəndələri birgə fəaliyyət göstərməlidirlər. Əminəm ki, bu konfrans İslamofobiyaya qarşı mübarizədə yeni baxışlar, praktik təkliflər və əməkdaşlıq imkanları yaradacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri