Fermada 25 yaşlı gənci qətlə yetirən çobana nə qədər cəza verildi?
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə Apellyasiya Məhkəməsində Tovuzda qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar İbrahimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 17 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fermada qeydə alınıb.
Belə ki, Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Eldar İbrahimov aralarında yaranmış mübahisə zamanı çoban işlədiyi fermada 1998-ci il təvəllüdlü Nicat Məmmmədovun baş nahiyəsindən dəmir alətlə vuraraq qəsdən öldürüb, sonra cinayəti gizlətmək üçün fermanı yandırıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov


