“Qəbələ”ni Premyer Liqaya qaytaranlar barədə nə qərar verildi?
Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Qəbələ” heyətlə bağlı çalışmalarını davam etdirir.
Əyalət təmsilçisi komandada yer alan gənc futbolçuları heyətdə saxlamaq niyyətindədir. Artıq onların bəziləri ilə şifahi razılıq əldə olunub.
Nicat Əliyev, Şahin Şahniyarov, Salman Ələsgərzadə, Eşqin Əhmədov və təcrübəli müdafiəçi Murad Musayev gələn mövsüm də “Qəbələ”də çıxış edəcək. Bu futbolçuların maaşları da artacaq. Onlarla yaxın günlərdə müqavilə imzalanması gözlənilir.
Heyətin digər təcrübəli üzvü Elvin Yunuszadənin durumu isə bəlirsizdir. Hələlik rəhbərlik millimizin sabiq futbolçusu barədə qərar verməyib. Ancaq Yunuszadənin komandadan ayrılmaq ehtimalı çoxdur.
Belə ki, 33 yaşlı müdafiəçi barədə baş məşqçi Kaxaber Tsxadadze konkret fikir bildirməyib. Oyunçunun yaşının çox olması təcrübəli mütəxəssisdə tərəddüd yaradır.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 İyun 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















