Icma.az
close
up
RU
“Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransı keçirilir

“Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransı keçirilir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinə həsr olunmuş “Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, SOCAR-ın vitse-prezidenti Arzu Cəfərova, bir sıra dövlət qurumlarının nümayəndələri, alimlər, RSXM-nin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

“Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransının açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ölkəmizdə son illər yer elmləri sahəsində, xüsusilə də aparılan kompleks geofiziki-seysmoloji tədqiqatlarda çox yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb. RSXM-nin fəaliyyətinə toxunarkən akademik İbrahim Quliyev deyib ki, mərkəzdə aparılan tədqiqatlar çoxşaxəlidir və hər bir istiqamət üzrə araşdırmalarda yeni metod və üsullar tətbiq edilir. Bu baxımdan da ilbəil Azərbaycan seysmoloqlarının apardığı tədqiqatlara xarici ölkələrdə maraq artır və artıq mərkəz dünyanın bütün aparıcı seysmoloji təşkilatlarının üzvüdür. Eləcə də mərkəz xarici ölkələrin aparıcı universitetləri ilə yaxından əməkdaşlıq edir.

SOCAR-ın vitse-prezidenti Arzu Cəfərova isə öz çıxışında elmi müəssisələrlə SOCAR-ın əməkdaşlığı məsələsinə toxunub. AMEA nəzdində RSXM-də aparılan elmi tədqiqatların həm istehsalat baxımından, həm də ali məktəblərdə tədris olunması baxımından əhəmiyyətli olduğunu qeyd edən Arzu Cəfərova bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruri olduğunu və SOCAR-ın da bir tərəfdaş olaraq bu işlərə dəstək verdiyini qeyd edib.

Daha sonra AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Azərbaycanın müasir seysmodinamik şəraiti” mövzusunda məruzə ilə çıxış edib. O, məruzədə mərkəzin fəaliyyət istiqamətləri, aparılan kompleks geofiziki-seysmoloji-geokimyəvi və geodinamik tədqiqatlar və əldə olunmuş nəticələr, Azərbaycanın hazırki seysmodinamik şəraiti, Xəzər dənizinin seysmikliyi, palçıq vulkanlarının seysmik stansiyalar vasitəsi ilə izlənilməsi, mərkəzin beynəlxalq seysmoloji təşkilatlarda əməkdaşlıq məsələləri haqqında ətraflı məlumat verib. Baş direktor çıxışında dünyada və qardaş Türkiyədə baş verən zəlzələlər haqqında da danışıb. Həmçinin iştirakçıların zəlzələlərin proqnozu ilə bağlı suallarına aydınlıq gətirib.

Sonra AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Yeni quraşdırılmış seysmik şəbəkə əsasında palçıq vulkanlarının monitorinqi” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra müzakirələr işçi qaydada panellərdə davam etdirilib.

Konfransın işinə iyunun 5-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri