Icma.az
close
up
RU
Fermer 3 litr süddən cəmi 45 qəpik: Vasitəçi isə 2 manat 55 qəpik qazanır

Fermer 3 litr süddən cəmi 45 qəpik: Vasitəçi isə 2 manat 55 qəpik qazanır

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün fermerin sağdığı 60 litr südü etiraz əlaməti olaraq yerə tökməsini əks etdirən görüntülər geniş rezonans doğurub. 

Fermer iddia edir ki, südün alış qiyməti süni şəkildə aşağı saxlanılır, artan istehsal xərcləri isə heyvandarlıq təsərrüfatlarını ağır vəziyyətə salıb. 

Onların sözlərinə görə, örüş və otlaq sahələrinin çatışmazlığı, tədarük məntəqələrinin olmaması və bazarda inhisarçılıq yerli süd istehsalının inkişafına ciddi maneə yaradır. 

Qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ərzaq təhlükəsizliyinin ölkənin əsas prioritetlərindən biri olduğu vurğulanmışdı. 

Dövlət başçısı Azərbaycanın ət, süd və quş əti ilə özünü 100 faiz təmin etməli olduğunu bildirərək, yerli istehsalın artırılmasının vacibliyini qeyd etmişdi. 

Fermerlər hesab edirlər ki, bu hədəfə çatmaq üçün sahədə mövcud struktur problemləri aradan qaldırılmalıdır. Onların fikrincə, otlaq və örüş sahələrinin məhdudluğu heyvan yeminin maya dəyərini artırır, tədarük məntəqələrinin azlığı isə məhsulun bir neçə alıcının nəzarətində olan bazara çıxmasına səbəb olur. Nəticədə rəqabət zəifləyir, südün alış qiyməti aşağı salınır və istehsalçı çəkdiyi xərci belə qarşılaya bilmir. 

“Cebheinfo.az”- a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, fermerlərin etirazına səbəb olan süd əslində qida məhsulu kimi yararsız süddür: 

“Əvvəla, etiraz əlaməti olaraq 60 litr südü yerə tökən fermerin dağıtdığı məhsul normal süd deyil. Hazırda bölgələrdə üzsüz, yəni separator vasitəsilə yağı alınmış südün 3 litri emal sexləri tərəfindən 40–45 qəpiyə, bəzi yerlərdə 50 qəpiyə alınır. Bu süddən müxtəlif növ ağartı məhsulları hazırlanır. 

Yəni söhbət qida dəyəri aşağı olan süddən gedir. Bu süd əslində qida məhsulu kimi yararsızdır. Normal inək südünün yağlılığı təxminən 3,6 faiz olmalıdır. Bəzi inəklərdə bu göstərici 4–4,5 faizə çatır. 

Camış südündə isə yağlılıq daha yüksək olur və 5-6, bəzən hətta 9–10 faiz arasında dəyişə bilir. Əgər söhbət məhz yağı alınmış süddən gedirsə, onun bu şəkildə dövriyyəyə buraxılması özü bir cinayətdir. 

Həmin südü bölgələrdə sex açan sahibkarlar alaraq palma yağı və digər əlavələrlə müxtəlif ağartı məhsulları hazırlayırlar, sonra isə həmin məhsullar marketlərdə satışa çıxarılır”. 

İqtisadçı vurğulayıb ki, normal südü alan yoxdur: 

“Əslində, fermer normal süd satmır. Heç normal südü alan da yoxdur, çox nadir hallarda normal süd qəbul edilir. Bu, məsələnin bir tərəfidir. 

Digər tərəfdən, hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasında ciddi problemlər mövcuddur. Fermerlər məhsullarını birbaşa bazara çıxara bilmədikləri üçün onları məcburən vasitəçilərə ucuz qiymətə satırlar. 

Məsələn, 3 litrlik balonda olan və emal sexlərinin 45 qəpiyə aldığı südü vasitəçilər alır, ondan qatıq hazırlayıb Bakıda ən azı 3 manata, bəzi yerlərdə isə 5 manata satırlar. 

Beləliklə, fermer 3 litr süddən cəmi 45 qəpik gəlir əldə etdiyi halda vasitəçi heç bir ciddi əlavə xərc çəkmədən 2 manat 55 qəpik və ya daha çox qazanc götürür. O, heç bir əlavə iş görmür, sadəcə südə maya vuraraq 3 litr qatıq hazırlayır və satışa çıxarır”. 

Akif Nəsirlinin sözlərinə görə, əgər məhsul bu qiymətə satılırsa, o zaman elə şərait yaradılmalıdır ki, fermer də öz məhsulunu birbaşa bazara çıxarıb sata bilsin: 

“Digər tərəfdən, fermerin süd, qatıq, yağ və pendir kimi məhsullarını Bakı və digər böyük şəhərlərdə birbaşa sata bilməsi üçün şərait yaradılmalıdır. Elə bir sistem qurulmalıdır ki, fermer məhsulunu vasitəçisiz birbaşa istehlakçıya çıxarsın. 

Bu halda həm məhsulun qiyməti 3 manat deyil, məsələn, 2 manat olar, həm də fermerin 3 litr süddən gəliri 45 qəpik deyil, təxminən 2 manat təşkil edər”. O bildirib ki, proqramın qəbul edilməsi problemin həlli deyil, onun icrası və qanuna əməl edilməsi əsas şərtdir: 

“Bu problemlər müşavirədə də qeyd olundu. Hazırlanan Dövlət Proqramında da həmin məsələlərin həlli istiqamətində görüləcək tədbirlər nəzərdə tutulub. Əsas məsələ həmin tədbirlərin necə icra olunacağıdır. 

Yəni proqramın və qanunun qəbul edilməsi hələ problemin həlli demək deyil. Əsas şərt proqramın effektiv icrası və qanunun tələblərinə əməl olunmasıdır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: Fermer Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri