Icma.az
close
up
RU
Fermerler iqlim stansiyaları quraşdırmalı olacaq

Fermerler iqlim stansiyaları quraşdırmalı olacaq

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aqrar Subsidiya Şurası kənd təsərrüfatında yeni texnologiyalar və innovasiyaların tətbiqini dəstəkləmək məqsədilə yeni qərar qəbul edib.

Modern.az xəbər verir ki? Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qərara əsasən, bir dəfəyə məxsus əkin subsidiyası almaq üçün 2025-ci il mayın 31-dək minimum 15 hektar sahədə salınacaq və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunan çay plantasiyaları, üzüm, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin), ərik, püstə, alma, armud, xurma (xirnik), badam, qoz, dağlıq və dağətəyi ərazilərdə salınacaq fındıq bağlarında iqlim stansiyalarının quraşdırılması zəruridir.

İqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir. Stansiyada mövcud olan sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayaraq fermerə ötürür. Bu isə müasir intensiv bağlarda yarana biləcək risklərə qarşı vaxtında preventiv tədbirlər görməyə, riskləri azaltmağa imkan verir. Fermerlər bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini bu məlumatları nəzərə almaqla planlaşdırırlar. Nəticədə xəstəlik və zərərvericilərə qarşı mübarizənin effektivliyi artır, məhsul istehsalı çoxalır, eyni zamanda fermerlər xərclərini optimallaşdıra bilirlər.

İqlim stansiyalarının istifadəsi su resurslarından səmərəli istifadəni də təmin etmiş olur. Bu sistem sayəsində fermerlər təsərrüfatın hansı hissəsində və nə qədər suya ehtiyac yarandığını əvvəldən bilir və suvarmada tələb olunan qədər su sərf etməklə israfa yol vermirlər. Aqrar Subsidiya Şurasının bu qərarı bağlarda iqlim stansiyalarının tətbiqinin genişlənməsini stimullaşdıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri