Icma.az
close
up
RU
Fermerlər işçi tapa bilmirlər

Fermerlər işçi tapa bilmirlər

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklik edilir. Məsələ Milli Məclisin plenar iclasında müzakirə olunub. Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün nağd qaydada ödənilən məbləğ 50 faiz artırılaraq 20 manatdan 30 manata qaldırılır. Ümumiyyətlə, son vaxtlar fermerlər muzdlu işçi cəlb etməkdə problemlərlə üzləşirlər. Tez-tez bu barədə onların şikayətlərini eşidirik. Bəs yeni qaydalardan sonra bu problem öz həllini tapacaqmı? 

Fermer Rafət Abbasovun sözlərinə görə, əkin sahələri çox olduğundan son illərdə mövsümi işçi tapmaq problemi mövcuddur: "İşçi tapılmır” sözü düzgün deyil. Çünki işçi var. Sadəcə, əkin çox olduğundan yetəri qədər işçi olmaması problemi yaşayırıq. Cənub bölgəsində 40 mindən çox insan sahələrdə işləyir. İş çoxaldığı üçün işçi çatışmır. Həmçinin əvvəllər kəndlərdə əhali sayı çox olardı. Hər ailədə 10-dan yuxarı ailə üzvü vardı. İndi isə hər ailədən maksimum bir və ya iki nəfər gəlir. Amma bunun səbəbi pul deyil”. 

R.Abbasov bildirdi ki, fermerin işçiyə verəcəyi məbləği qaydalar yox, məhsuldarlıq müəyyənləşdirir: "İşçinin maya dəyəri olur. Fermer də istəyər ki, işçisinə yaxşı pul ödəsin. Amma fermerin də qazancı məhsuldan asılıdır. Elə il ola bilər ki, fermer yaxşı qazansın. Elə il də olar ki, məhsuldarlıq azalar. Bu zaman fermer xeyir götürə bilmirsə, işçiyə 30 manatı necə verəcək? Məcburdur borca, xərcə girsin və işçinin pulunu ödəsin”. 

Aqrar ekspert Eldar Hüseynov isə düşünür ki, bəzi bölgələrdə bu sahədə problem olmasa da, bəzi regionlarda işçi tapılmır: "Şimal bölgəmizdə işçi qıtlığı mövcuddur. Mil-Muğan zonasında işçi var. Amma pambıq əkinləri zamanı işçilər gəlmək istəmirlər. Qərb zonasında da işçi yoxdur. Çünki işçilər alma, fındıq kimi yüngül işlərə gedirlər. Kartof əkən işçilər də məbləği çox istəyirlər. Pomidorda da günü 30 manata işçi tapmaq çox çətindir. Salyan istiqamətində Pakistandan gələn işçiləri çalışdırırlar. Özbəkistandan da işçi gətirilməsi gözləniləndir”.  

E.Hüseynovun fikrincə, işçilərin olmaması kənd təsərrüfatına, məhsuldarlığa çox pis təsir edir: "Elə fermerlər var ki, məhsulu sahədə qalır, yığmağa işçi tapılmır. İşçilər briqadalar şəklindədir. Briqadalarla da qışda əlaqə yaratmaq lazımdır ki, mövsümə hazır olsunlar”. 

Ekspertin sözlərinə görə, hazırda insanlar sahələrdə heç günü 30 manata da işləmək istəmirlər: "Fermerə heç kim diktə edə bilməz ki, işçinin maaşını qaldır. Nazirlər Kabineti qərarı indi versə də, kənd təsərrüfatında işçilər bir ildir ki, günü 30 manata işləyirlər. Hətta heç günü 30 manata da işçi tapmaq olmur. Bu qərar vəziyyəti dəyişə bilməz. Məsələn, işçi briqadaları iş tapmasalar, boş qalsalar 15 manata da olsa, gəlib işləyəcəklər. Fermerə deməyəcəklər ki, 30 manatdan aşağı işləmirəm. Hər şey iş yükündən asılıdır”. 

E.Hüseynov bu məsələnin həllini əl əməyindən imtina etməkdə görür: "Əvvəllər köhnə aqreqatlardan istifadə olunurdusa, son iki ildə İtaliya sistemlərinə keçid edilib. Yeni əkin texnikalarından istifadə olunur. Yonca biçimi üçün yeni aqreqatlar gətirilir. Tək əlac əl əməyini azaltmaqdır. Elə sistemlər tətbiq olunmalıdır ki, əl əməyi azalsın. Məsələn, Avropa ölkələrində işçi əməyindən demək olar ki, istifadə olunmur. Kənd təsərrüfatı üçün xüsusi texnikalar mövcuddur. Çuğundur, turpu özü sərbəst əkən, yığan texnologiyalar kəşf olunub. Artıq insan əməyinə ehtiyac qalmır. Maşın toxumu səpir, torpağı hazırlayır, məhsul yetişəndə də yığır. Sadəcə o texnologiyaları idarə etməyə bilikli şəxslər lazımdır. Bir neçə adam hektarlarla ərazidə iş görə bilir. Biz də bu sistemlərə keçid etməliyik. Düşünürəm ki, gələcəkdə bizdə də fermerlər məcbur olub belə texnologiyalardan istifadə edəcəklər”. 

İqtisadçı Cəfər İbrahimli də düşünür ki, bu sahədə yeniliklər edilməsinə ehtiyac var: "Əvvəl muzdlu işçilərə günü 20 manat ödənilirdi. Bundan sonra bu məbləğ 30 manata qaldırılır. Yəqin gündəlik 20 manat muzdlu işçiləri qane etmədiyindən fermerlər tərəfindən təşəbbüs qaldırılıb. Bunun sayəsində ödəniş məbləği 30 manat təyin olunub. Amma mən işçi çatışmazlığı olduğu qənaətində deyiləm. Çünki ixtisaslaşmış işçi qrupları mövcuddur. İnsanlar qruplaşaraq özlərinə briqadalar yaradır və gündəlik işləri görə bilirlər. Düşünürəm ki, fermerin 10 gündən bir fərqli işçilər cəlb etməsi, mövsümi olaraq 20-30 nəfərlə müqavilə bağlaması, bu müqavilələri banka təqdim etmək, vəsaitin nağdlaşdırılması və vətəndaşlara paylanması çox da işlək bir mexanizm deyil. Ailə təsərrüfatı olanlar, orta fermer təsərrüfatları onsuz da bu kimi imkanlardan istifadə etmirlər. Amma hər bir halda kənd təsərrüfatında operativlik yaratmaq, fermerlərin problemini ortadan qaldırmaq üçün yeni mexanizmlər düşünülə bilər”. 

Mənbə: "Kaspi" qəzeti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see143

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see142

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see141

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see140

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see139

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see138

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see138

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see137

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see137

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see137

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see136

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see136

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see135

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see135

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see135

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see135

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see134

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see130

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri