Icma.az
close
up
RU
Fermerlərin “bazarı bağlanıb”: Tövləyə də icazə gəlir

Fermerlərin “bazarı bağlanıb”: Tövləyə də icazə gəlir

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan maldarlığın ən geniş yayılmış ərazilərdən biri olub.

Son vaxtlar ölkədə heyvandarlıq inkişaf etməkdənsə, daha da zəifləyir. Bunu isə fermerlər müxtəlif səbəblərlə izah edir və artıq bu sahədə fəaliyyət göstərməyəcəklərini bildirirlər. 

Nəticədə isə ölkədə həm mal-qaranın sayı azalmaqda, həm də ətin qiyməti getdikcə artmaqdadır. 

Statistik məlumatlara gəldikdə isə Azərbaycanda 2021-ci ilin yanvarında 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin oktyabrında bu göstərici 6 milyon 763,7 min başa enib ki, bu 1 milyon 326 min baş və ya 16,4 faiz azalma deməkdir. 2021-ci ilin yanvarında qoyun ətinin ölkədə orta qiyməti 11 manat 90 qəpik idi, 2025-ci ilin avqustun birinə rəsmi rəqəmlərə görə qoyun ətinin orta qiyməti 18 manat 70 qəpiyə yüksəlib. 

2025-cü ilin ilk 10 ayında ölkəyə idxal edilən dondurulmuş qoyun ətinin həcmi 291,16 tona yüksəlib, bu da illik müqayisədə 65% artımdır. İdxalın əsas hissəsi – 244,66 ton Monqolustanın payına düşüb. Oktyabrdan etibarən Azərbaycana Somalidən də 46,5 ton dondurulmuş qoyun əti gətirilib. 

Bu ilin ilk 10 ayında Rusiya və Gürcüstandan ümumilikdə 289 min baş diri qoyun gətirilib ki, keçən ilin eyni dövrünü 89% üstələyir. Diri qoyunların idxalı ölkədən ümumilikdə 31,4 milyon dollarlıq valyuta çıxmasına səbəb olub. 

Bununla yanaşı, yeni ildən Azərbaycanda torpaq sahələrində tövlə tikintisi üçün icazə tələbi tətbiq olunacaq. 

Burada göstərilir ki, bu proses icazəsiz tikintinin qarşısını almaq və nəzarəti gücləndirmək məqsədi daşıyır. Əsasən, tikintiyə başlamazdan əvvəl icra hakimiyyətinə layihə, torpaq sənədləri və şəxsiyyət vəsiqəsi təqdim edilməli, razılıq alındıqdan sonra işlər başlamalıdır. Əks halda, tikili sökülə bilər, gələcəkdə isə qeydiyyata alınması mümkün olmur, bu da kiçik təsərrüfatlar üçün əlavə bürokratiya yaradır. 

Göründüyü kimi, son illər heyvandarlıqla məşğul olan fermerlərin üzləşdiyi problemlərə biri də əlavə olunub. Ümumiyyətlə, bu istiqamətdə baş verən proseslər yerli istehsalın sıradan çıxması və idxalın artırılmasına yönəlib? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət”-ə bildirib ki, hazırda bu sahədə çox maraqlı bir tendensiya izlənilir: “Dabaq xəstəliyi ilə bağlı oktyabr ayının 25-də karantin elan edildi. Artıq 2 ayın tamam olmasına az vaxt qalıb. 

Bu gün ölkədə fəaliyyət göstərən 33 topdansatış ət bazarından cəmi 3-4-ü işləyir. AQTA onların qarşısına məsələ qoyub ki,  bazarı müəyyən standartlara uyğun təşkil etməlidirlər. Başqa cür mümkün deyil. Ancaq bazar bağlananda dabaq xəstəliyinə görə bağlandığını demişdilər. 

Əslində karantin elan edildikdə tarixi dəqiq bəlli olmalıdır. Dabaq xəstəliyinin karantini 21-30 gün arası çəkir. Bunun konkret standartı var. Ondan artıq dabaqla bağlı qadağanı saxlamaq mümkün deyil. Azərbaycanda ət bazarının maraqlı strukturu var. Bir qrup mal-qaranı örüş şəraitində otarır, heyvanlar müəyyən mərhələyə çatır. Heyvanın “ət toplama” mərhələsindən sonra onu bazara çıxarırlar. 

Kəsim üçün heyvan bəsləyən şəxslər onu alır, gətirib yetişdirir, kəsim mərhələsinə çatdırır və yenidən bazara çıxarır, qəssablara satır. İndi bazarın bağlanması sanki bir “açar” rolunu oynayır. Bazarları bağlamaqla bütün qrupların “bazarını bağlayıblar”. Yəni bu addımla bazarı iflic vəziyyətə salıblar. Digər tərəfdən də tövlələrin tikintisinə xüsusi icazə tələb edirlər. 

Fermeri məcbur edirlər ki, bu işlərlə məşğul olmasın. Sanki fermerlər dalana dirəniblər. Bunlar hamısı heyvandarlığı məhv edir. Qayda-qanunu proses getdiyi halda da yaratmaq mümkündür. Bağlamaqla bazarda qayda-qanun yaratmaq nə dərəcədə doğrudur? Yerli heyvandarlıq fermerləri məhv olur, onun yerini idxal tutur. 

Hazırda dünyada proseslər saatlarla-dəqiqələrlə dəyişir. Sabah bizə ət gündərən ölkə ilə bizim aramızda, yaxud o ölkənin digər bir ölkə ilə problemi yarana bilər və Azərbaycana ət göndərə bilməz. O zaman hökumət əhalini nəyin hesabına ətlə təmin edəcək? Ən etibarlı təminat daxildəki təminatdır. Ancaq bugünkü qərarlarla təminat sıradan çıxarılır”. 

Ekspertin sözlərinə görə, bir qrup məmur hesablama aparır: 

“Öyrənirlər ki, mal bazarlarında hər bazar günü 80-100 min manat pul yığılır və həmin vəsaiti toplayanlar kənar adamlardır. Bu insanların yerinə öz adamlarını yerləşdirmək üçün belə qərar verilib. Bunun başqa izahı yoxdur. Məmurlar bazarda gəlir davasındadır, digər tərəfdən bazardan asılı olan sektorlar sıradan çıxır. 

Məsələn, mən fermer tanıyıram ki, Haramı düzündə 1000-2000 qoyun saxlayır, artıq onlar heyvanlarını satmağa çalışırlar və heyvandarlıqla məşğul olmaq istəmirlər. Hazırda oradakı otlaq sahəsini əkib-becərməklə məşğuldurlar. Yəni ət istehsal etmək istəmirlər. Çünki o məhsulu satmalıdır ki, əlində kapital olsun. Əgər sata bilmirsə, necə gəlir əldə edə bilər? 

Bazarda 300 manata satdığı heyvanı, gəlib qapısında 150 manatdan alırlar. Çünki məcbur qalıb o qiymətə heyvanı satır. Bu gün yetərsiz iqtisadi siyasət, ondan da betər kənd təsərrüfatı siyasəti ölkəni çıxılmaz vəziyyətə salıb. Kənd Təsərrüfatı Nazirliyində də işini bilməyən kifayət qədər kadr var. Mütəxəssis demək olar ki, yoxdur. Məqsəd doğurdan da kənd təsərrüfatını məhv etməkdirmi, bu da aydın deyil. Konkret olaraq heyvandarlığa yönəlik siyasət yerli heyvandarlığı məhv etməyə yönəlib”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Fermerlər Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri