Kənd Təsərrüfatı Nazirliyi fermerlər üçün Aqrar Təlim Platforması hazırlayır
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi "Aqrar Təlim Platforması" hazırlayır.
525.az bu barədə mərkəzə istinadən xəbər verir.
Məlumata görə, yeni platforma ölkə üzrə fermerlərin, kənd təsərrüfatı sahəsi üzrə təhsil alan tələbələrin, eləcə də aqrar sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
Platformada əkinçilik, bitkiçilik, meyvəçilik, heyvandarlıq, kənd təsərrüfatı texnologiyaları, iqlim dəyişikliyi və qabaqcıl aqrar təcrübələr kimi müxtəlif sahələrdə onlayn təlim modulları öz əksini tapacaq. İstifadəçilər videodərslər, interaktiv testlər, tədris materialları, məsləhət xidməti və sertifikatlaşdırma imkanlarından yararlana biləcəklər.
Yeni platforma informasiya məsləhət xidmətlərinə çıxışı asanlaşdıracaq və fermerlərə gündəlik fəaliyyətlərində operativ dəstək göstərəcək. Platforma vasitəsilə həm ənənəvi, həm də müasir aqrar texnologiyalar barədə praktiki məlumatları hər kəs istənilən vaxt əldə edə biləcək.
Yenilikçi yanaşma əsasında hazırlanan portal mobil cihazlara uyğun interfeys, axtarış sistemi, şəxsi kabinet və davamlı yenilənən məzmun ilə fərqlənəcək. İstifadəçilər kursları tamamladıqdan sonra rəqəmsal sertifikat əldə edə biləcəklər.
Baxış sayı:76
Bu xəbər 26 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















