Icma.az
close
up
RU
Fernan Magellan: qəhrəman, yoxsa qatil?

Fernan Magellan: qəhrəman, yoxsa qatil?

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

“Magellan” adlı yeni filmdə XVI əsrin ən məşhur səyyahlarından birinin mübahisəli həyatından bəhs olunacaq.

Kulis.az xəbər verir ki, filmin rejissoru filippinli kinorejissor Lav Diazdir.

Film portuqaliyalı səyyah Fernan Magellanın – ekran əsərində onu meksikalı aktyor Qael Qarsía Bernal canlandırır – “ədviyyat adaları” kimi tanınan indiki İndoneziyaya yeni dəniz yolu tapmaq arzusu ilə başlayan səfərindən bəhs edir. Vətənindən qaçaraq İspaniyaya sığınan Magellan İspaniya kralı I Karlosun dəstəyi ilə son dərəcə çətin bir ekspedisiyaya çıxır.

1519-cu ildə başlayan bu səyahət tarixə dünyanın ilk dünya səyahəti kimi düşüb. Lakin səfər son dərəcə ağır keçir: ekipaj üzvlərinin çoxu xəstəlikdən ölür, bəziləri isə qiyama görə edam edilir. Magellan özü isə 1521-ci ildə indiki Filippin ərazisində yerli sakinlərlə toqquşma zamanı həlak olur. Onun başladığı səfəri daha sonra kapitan Xuan Sebastian Elkano tamamlayır.

Bəzi tarixçilər Magellanın nailiyyətlərini Xristofer Kolumbun nailiyyətlərindən daha böyük hesab edir. Hətta NASA kosmik aparatlarından birinə onun adını verib. Lakin səyyahın mirası mübahisəsiz deyil. O, qeyri-qanuni ticarətdə ittiham olunması, ekipaj üzvlərinə qarşı sərt davranışı və Filippində yerli əhalini xristianlığı qəbul etməyə məcbur etməsi kimi iddialarla da xatırlanır.

Tarixçi Felipe Fernandez-Armesto “Straits: Beyond the Myth of Magellan” kitabında məşhur səyyahın qəhrəman obrazını tənqid edərək onu “ehtiyatsız fanatik” kimi xarakterizə edir. Onun sözlərinə görə, ekspedisiya zamanı 270 dənizçidən yalnız 18-i sağ qalıb və səfər iqtisadi baxımdan uğursuz olub.

Rejissor Lav Diaz filmin ssenarisini hazırlamaq üçün yeddi il araşdırma aparıb və Lissabon arxivlərində çalışıb. O, xüsusilə Magellanın çox vaxt diqqətdən kənarda qalan həyat yoldaşı Beatriz Barbosa və on il onun köləsi olmuş malakkalı Enriki kimi insanların hekayəsini ön plana çıxarıb.

Filmdə həmçinin Magellanın səfərləri zamanı baş verən müstəmləkəçi zorakılıq və yerli xalqlarla qarşıdurmalar da göstərilir. Rejissor bu mövzunu nümayişkaranə səhnələrlə deyil, daha çox hadisələrin nəticələrini göstərməklə təqdim etməyə üstünlük verdiyini deyir.

Ekran əsərində Magellanın Filippində ölümünün sirri də fərqli şəkildə təqdim olunur. Tarixi mənbələrə görə səyyah Lapulapu adlı yerli başçı tərəfindən öldürülüb. Lakin Diaz bu versiyanı şübhə altına alaraq hadisəni başqa prizmadan təqdim edir.

Rejissor ümid edir ki, film Magellanın səfəri barədə yalnız Avropa baxışını deyil, həm də yerli xalqların perspektivini əhatə edən daha balanslı bir müzakirə yaradacaq.

İncəsənət əsərlərinə görə əlavə dəyər vergisi alınmayacaq "Bizim vaxtımızda" ifadəsi niyə dilimizdən düşmür? Hitleri qəzəbləndirən dahi - Nasistlərin qadağan etdiyi yazıçı onlara necə ssenari yazdı?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:421
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Mart 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri