Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Fetullah Gülen Bəxtiyar paşanı niyə və necə həbs etdirmişdi? KONKRET

Fetullah Gülen Bəxtiyar paşanı niyə və necə həbs etdirmişdi? KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Ali Hərbi Şurasının “ordu generalı” rütbəsinə layiq gördüyü və Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı vəzifəsinə gətirilən Bəxtiyar Ersay Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Türkiyə ordusunun parlaq simalarından biri olan general bir müddət Fethullahçı Terror Təşkilatının (FETÖ) üzvləri olan polis, prokuror, hakim və jurnalistlərin quraşdırdığı saxta ittihamlarla həbs edilmişdi. Bu məqalə də həmin qondarma məhkəmə işi ilə bağlıdır.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, 2010-cu ilin 20 yanvar günü terror təşkilatının orqanı olan “Taraf” qəzeti “Fatih məscidini bombalayacaqdılar” manşeti ilə çıxdı. Yazı üç nəfərin – qəzetin baş redaktoru Yasemin Çongar, müxbir Mehmet Baransu və köşə yazarı Yıldıray Oğurun imzası ilə çap edilmişdi. Məqalədə I Ordunun komandiri ordu generalı Çetin Doğanın rəhbərliyi ilə 2003-cü ildə “Balyoz” (“Kuvalt”) adı altında bir hərbi çevriliş planının hazırlanmasındən bəhs edilirdi. İddia olunan çevriliş planına görə, Fatih məscidi partladılmalı, Yunanıstan sərhədində Türkiyənin qırıcı təyyarəsi vurulmalı, demokrat jurnalistlər həbs olunmalı və bütün bunların nəticəsində ölkədə xaos və anarxiya başlamalı idi. Ordu isə xaos və anarxiyadan istifadə edərək hökuməti devirməli idi. Məqalə müəllifləri hərbi çevriliş planının 5-7 mart 2003-cü ildə I Orduda təşkil edilən seminarda müzakirə olunduğunu iddia edirdilər.

Xəbərin dərcindən 10 gün sonra məqalənin müəllifi olan Mehmet Baransu ona istintaqa bəlli olmayan bir şəxs tərəfindən verilən bir çamadan sənədi İstanbul Prokurorluğuna təqdim etdi. Fevralın 22-də aralarında generalların da olduğu 49 zabit həbs edildi. İstintaq davam etdikcə həbs olunanların da siyahısı uzanırdı. Beləliklə, 365 zabit hərbi çevriliş planı çərçivəsində həbs edildi. Onlardan biri də o zaman Tunisdə hərbi attaşe vəzifəsində çalışan polkovnik-leytenant Bəxtiyar Ersay idi.

Bəxtiyar paşa Tunisdə ikən öz iradəsi ilə Türkiyəyə gələrək istintaqa ifadə vermiş və 14 mart 2011-ci ildə həbs edilmişdi. O, azadlığa 2014-cü ilin aprelində çıxdı.

Burada iki suala cavab vermək lazımdır: Doğrudanmı zabitlər hərbi çevriliş planı hazırlamışdılar? Və ikinci sual: Bəxtiyar Ersay nədə ittiham edilirdi?

“Balyoz” hərbi çevriliş planının tamamilə uydurma olduğu müttəhimlərin vəkillərinin ilk araşdırmaları ilə üzə çıxdı. Belə ki, hərbi çevrilişin bütün dəlil və sübutları rəqəmsal idi. 2003-cü ildə hazırlandığı iddia edilən bir “Word” sənədi “Calibri” şrifti ilə yazılmışdı. Halbuki həmin şrift “Microsoft” tərəfindən 2007-ci ildə buraxılmışdı. Zabitlərin rütbələri və vəzifələri 2003-cü ilə yox, növbəti illərə aid idi. 2003-cü ildə mövcud olmayan qurumların, şirkətlərin, eləcə də qanunların adı sənədə salınmışdı. Bir sözlə, hərbi çevriliş planının uydurma olduğu ittiham aktının hər sətrindən bəlli idi.

Kapitan Bəxtiyar Ersay 2003-cü ildə Quru Qoşunları Hərbi məktəbində müdavim zabit idi. O, I Ordu Komandanlığında təşkil edilən seminarda heç iştirak etməmişdi də. Prokurorların tərtib etdiyi 993 səhifəlik ittiham aktının üç səhifəsi (736-738-ci səhifələr) Bəxtiyar Ersaya ayrılmışdı. Həmin ittiham aktına görə, hərbi çevrilişdən sonra mühüm postlara nəzərdə tutulan təyinatların bir siyahısı da var idi. Həmin siyahıda 22-ci yerdə kapitan Bəxtiyar Ersayın adı vardı. Bundan əlavə, başqa bir uydurma siyahı da vardı. Həmin siyahıda hərbi çevrilişdən sonra ordudan xaric edilməsi nəzərdə tutulan zabitlərin adları qeyd edilmişdi. Ersay həmin siyahının tərtib edilməsinə kömək göstərməkdə ittiham edilirdi.

Bəxtiyar Ersay bütün bu ittihamları qətiyyətlə rədd etdi. Hazırlanan sənədlərin uydurma olduğu elə ilk məhkəmə prosesində üzə çıxdı. Ancaq buna fikir verməyən fetullahçı hakimlər Bəxtiyar Ersayı 16 il müddətinə azadlıqdan məhrum etdilər. Ümumilikdə isə 330 zabit uzunmüddətli həbs cəzalarına məhkum olundu.

Fetullah Gülen və komandasının bir məqsədi var idi. Türkiyə ordusunun şərəfli, ləyaqətli zabitlərini müxtəlif bəhanələrlə həbsə atdırıb, onların yerinə öz qorxaq, mənəviyyatsız yetirmələrini yerləşdirmək… “Balyoz”, “Ergenekon” kimi məhkəmələrlə yüzlərlə zabit əsassız yerə həbsə atıldı, ləkələndi və ordudan xaric edildi. Onların yerinə irəli çəkilənlər isə 2016-cı il iyulun 15-də türk xalqına bomba atanlar olacaqdılar…

“Balyoz” prokurorları və hakimləri, eləcə də “Taraf” qəzetinin muzdluları həbs edilərək uzunmüddətli həbs cəzalarına məhkum edildilər. Ədalət bir az gec olsa da, zəfər çaldı.

Tarixin qəribə oyunları var. Bəxtiyar Ersay I Ordu komandanlığında hazırlandığı iddia olunan saxta hərbi çevriliş planına görə həbs edilərək üç ildən bir qədər çox müddət ərzində həbsdə qaldı. İndi isə o, I Ordunun komandiridir.

Çünki Bəxtiyar paşa Türkiyə ordusundan və Türkiyə dövlətindən küsmədi. Bəraət alan kimi ordu sıralarına qayıtdı, Əfqanıstanda tabor komandanı vəzifəsində çalışdı, Türkiyəyə qayıdıb PKK-ya qarşı uğurlu əməliyyatlar apardı. 2016-cı ildə ilk general rütbəsini aldı. Quru Qoşunlarının Döyüş İdarəetmə Mərkəzinin rəhbəri, Baş Qərargahın Təhsil Şöbəsinin müdiri kimi məsul işlərdə çalışdı.

Bəxtiyar Ersayın şəxsi bioqrafiyası xalq və həqiqət yolunda çalışanlar üçün əsl nümunədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri