Icma.az
close
up
RU
Fevrala kimi havalar daha da soyuyacaq

Fevrala kimi havalar daha da soyuyacaq

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Havaların ötən illərlə müqayisədə bu il tez soyuması “Cənub ossilyasiya indeksinin” müsbət fazası olan “La-Nino”nun aktivləşməsi ilə əlaqədardır”.

Globalinfo.az bidlirir ki, bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik H. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

O bildirib ki, hansısa ərazidə hava şəraitinin, o cümlədən hava temperaturunun dəyişməsi bir çox səbəblərlə əlaqədar ola bilər:

“Bu daha çox hava kütlələrinin hərəkət xarakteri ilə əlaqəlidir. İndiki şəraitdə soyuqların bir qədər tez düşməsi Ümumdünya Meteoroloji Təşkilatının və dünyanın bir çox proqnoz mərkəzlərinin verdiyi məlumatlara əsasən “La-Nino” hadisəsinin aktivləşməsilə bağlıdır. “La-Nino” Sakit okeanın ekvatorial hissəsində müşahidə olunan “Cənub ossilyasiya indeksinin” müsbət fazasıdır. Onun mənfi fazası isə “El-Nino” hadisəsi adlanır. “Cənub ossilyasiya indeksi” Sakit okeanın şərqində yerləşən Darvin adası və qərbində yerləşən Taiti adaları arasında atmosfer təzyiqi fərqi ilə müəyyən olunur. Əgər Darvin adasındakı təzyiq Taiti adasındakından azdırsa (mənfi faza), külək qərbdən şərqə tərəf əsir və qızmış okean səth sularını şərqə – Cənubi Amerika sahillərinə doğru daşıyır. Bu proses nisbətən uzun müddət davam etdikdə, tədricən Sakit okeanın mərkəzi və şərq hissələrində, xüsusilə də Cənubi Amerikanın qərb sahillərində qızmış su sahələri və onların temperaturu ketdikcə artır ki, bu da “El-Nino” hadisəsi adlanır. “El-Nino” baş verdikdə qızmış okean suları istiliyin bir hissəsini atmosferə ötürdüyündən dünyanın qlobal temperaturu da bir qədər artırır, yəni “parnik” qazlarının yaratdığı qlobal istiləşməni bir qədər də kəskinləşdirir. Buna misal olaraq qeyd etmək olar ki, 2023-cü ilin sonlarından və 2024-cü ilin ortalarına qədər davam etmiş “El-Nino” hadisəsi nəticəsində 2024-cü ilin son yüzilliyin ən isti ili olacağı gözlənilirdi.

Bunun əksinə olaraq, əgər Darvin adasındakı təzyiq Taiti adasındakından çoxdursa, müsbət faza hesab edilən “La-Nino” hadisəsi baş verir ki, bu zaman küləyin istiqaməti şərqdən qərbə doğru yönəlir. Bu zaman Cənubi Amerika sahillərindən başlayaraq okean üzərində qızmış su kütlələri qərbə – açıq okeana doğru hərəkət edir və onların yerini isə okeanın dərinliyindən qalxan daha soyuq su kütlələri tutur. Bu proses davam etdikcə tədricən okeanın səth suları soyuyur ki, bu da öz növbəsində okean üzərindəki atmosfer havasının da temperaturunun bir qədər aşağı düşməsinə səbəb olur. Bu son nəticədə atmosfer hava dövranı nəticəsində qlobal temperaturun da azalmasına gətirib çıxarır. 2025-ci ilin fevralınadək “La-Nino”nun aktivləşəcəyi proqnozlaşdırılır”.

Səid Səfərov qeyd edib ki, “El-Nino” və “La-Nino”nun qlobal hava şəraitinə təsiri yuxarıda qeyd edilən təzyiqlər fərqinin qiymətindən və davametmə müddətindən asılıdır və dünyanın müxtəlif ərazilərində bir qədər fərqli şəkildə təzahür edə bilər: “Dünyanın bir çox alim və mütəxəssislərinin fikrinə görə, “La-Nino”nun gözlənilən aktivləşməsi çox da kəskin olmayacaq və bu istənilən halda mövcud qlobal istiləşmənin tempini nəzərəçarpacaq dərəcədə aşağı sala bilməyəcək”.

O həmçinin bildirib ki, verilən proqnozlara əsasən, Azərbaycan ərazisində də fevral ayına qədər havaların bir qədər soyuması, yağıntıların (qar və yağış şəklində) artması gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri