Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi Krediti ödəmirlər
Icma.az, Manset portalına istinadən məlumat verir.
Sabiq deputat Fəzail Ağamalı və ailəsi məhkəməyə verilib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb kredit borcu ilə bağlıdır.
Belə ki, “Agricola” şirkəti götürdüyü kredit borclarını vaxtında ödəməyib. Bu səbəblə “Aqrarkredit” QSC əsas borclu olan “Agricola” şirkətini və onun zaminlərini məhkəməyə verib. Məlumata görə, məhkəməyə verilənlər arasında keçmiş deputatdan başqa onun oğlanları Elçin, Yalçın, qızı hazırkı deputat Günay Ağamalı, nəvələri Samirə, Orxan və Kamran da var.
“Aqrarkredit” QSC-nin şikayətinə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin ilk hazırlıq iclası dekabrın 26-da saat 14:00-da baş tutacaq.
Baxış sayı:85
Bu xəbər 27 Noyabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















