Icma.az
close
up
RU
Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi Krediti ödəmirlər

Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi Krediti ödəmirlər

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ana Vətən Partiyasının (AVP) qurucusu, keçmiş deputat Fəzail Ağamalı və övladları - Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə veriliblər.

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, iddiaçı "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətidir (QSC).

QSC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.

"Aqrarkredit" QSC Fəzail Ağamalı və övladları ilə yanaşı, "Agricola" şirkətini, Samirə Akif qızı Ağamalı, Kamran Yalçın oğlu Ağamalı, Orxan Yalçın oğlu Ağamalı və Suğra Sevindik qızı İmanova adlı vətəndaşları da məhkəməyə verib.

Məlumata görə, Samirə Ağamalı, Kamran Ağamalı və Orxan Ağamalı keçmiş deputatın nəvələridir.

"Agricola" MMC-yə gəlincə, açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında belə, şirkətin adına rast gəlinmir.

Fəzail Ağamalı açıqlamasında məlumatı təsdiqləyib.

Fəzail Ağamalı bildirib ki, kredit bir neçə ilə əvvəl "Agricola" şirkəti üçün götürülüb. Lakin pandemiya dövründə şirkətin işi axsayıb:

"Bu baxımdan, kredit ödənilməsində müəyyən problem yaranmışdı. Artıq "Aqrarkredit"in rəhbərliyi ilə danışıqlar aparılıb və kreditin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub".

Keçmiş deputat kreditin məbləğini açıqlamaq istəməyib. Amma məlumata görə, söhbət böyük məbləğdə kreditdən gedir.

Fəzail Ağamalı Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub. O, cari ilin sentyabrında keçirilən parlament seçkilərinə qatılmayıb. Budəfəki seçkidə keçmiş deputatın qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Noyabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri