Icma.az
close
up
RU
Fəzail Ağamalı Mehdiyevlə bağlı maraqlı faktları açıqladı

Fəzail Ağamalı Mehdiyevlə bağlı maraqlı faktları açıqladı

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

2000-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin səhhətində ciddi problemlər yarananda ondan sonra kimin prezident olacağı məsələsi kifayət qədər aktual idi. Bu kontekstdə müxalifətdə Müsavat Partiyasının başqanı İsa Qəmbərlə keçmiş spiker Rəsul Quliyev daha fəal görünürdü.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu, hakimiyyət daxilində də ciddi müzakirə mövzusuydu:

“Açıq etiraf etməliyəm ki, ortada xeyli çaşqınlıq vardı. İqtidar daxilində prezidentliyə daha çox can atan, həvəs göstərən Ramiz Mehdiyev idi. O, Rusiya vasitəsilə Heydər Əliyevdən sonra hakimiyyətə gəlməyə çalışırdı. O vaxt Rusiya və İran da bu məsələyə böyük maraq göstərirdi.

Ramiz Mehdiyev bu istəyinə nail olmaq üçün mətbuata müxtəlif materiallar ötürürdü. Müxalifət və iqtidar qəzetlərinə özü və reytinqi haqqında məlumatlar sızdırırdı. Rusiyanın bir internet qəzetində keçirilmiş sorğulara görə guya Ramiz Mehdiyevin reytinqi Heydər Əliyevdən sonra qeyd edilirdi.

Daha sonra müxalifətdəki yaxın dostlarım mənə məlumat verdi ki, Ramiz Mehdiyev onlarla danışıqlar aparır. Bu danışıqları isə ulu öndər Heydər Əliyevin tərcüməçisi Rauf Hüseynov və vaxtilə Prezident Administrasiyasında mühüm vəzifədə işləyən, hazırda isə YAP Qaradağ rayon təşkilatının sədri olan Qafar Əliyev həyata keçirirdi".

Danışıqların detallarına toxunan Fəzail Ağamalı qeyd edib ki, qapalı söhbətlərdə yaxın vaxtlarda prezident seçkilərinin keçiriləcəyi, iqtidar tərəfindən guya ən şanslı namizədin Ramiz Mehdiyev olduğu bildirilirdi:

"Müxalifətə deyirdilər ki, siz Ramiz Mehdiyevə mane olmayın, prezident seçildikdən sonra sizə imkanlar yaradacaq, parlamentdə sizə yer veriləcək və digər problemləri həll edəcək. Mənə çatan bu məlumatı bir neçə mənbədən yoxladım və doğruluğuna əmin oldum”.

Fəzail Ağamalı bu məlumatları analiz etdikdən sonra məsələnin ictimailəşməsi qərarına gəldiyini söyləyib:

“Bununla bağlı o vaxt “Neytral” qəzetinə müsahibədə Ramiz Mehdiyevin ulu öndər Heydər Əliyevin formalaşdırdığı komandaya, dövlətçiliyə xəyanət etdiyini qeyd etdim. Onun iqtidar komandasında separatçı olduğunu açıq şəkildə vurğulamaqla bunun yolverilməzliyini qəti şəkildə bildirdim. Sonrakı müsahibələrimdə Ramiz Mehdiyevin bu hərəkətini şərəfsizlik, siyasi avantüra, riyakarlıq kimi qiymətləndirdim.

Xatirimdədir, qəzetlər bir ay bu mövzudan yazdı. Beləliklə, Ramiz Mehdiyevin gizli planı baş tutmadı. Məsələ ictimailəşdi və müvafiq qurumlar hərəkətə keçdilər. Hətta Ramiz Mehdiyev Heydər Əliyevə şikayət etmişdi ki, Fəzail Ağamalı məndən əl çəkmir. Bütün bunlar 2001-ci ildə baş verib.

O vaxt Heydər Əliyev müalicədən qayıtdı və daha iki il ölkəmizə rəhbərlik etdi. Mən o vaxt bu məsələdə hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizovla birlikdə hərəkət etmişəm.

Onu da deyim ki, cənab İlham Əliyevin təbliğatına 1999-cu ildən başlamışam.

“İlham Əliyev böyük siyasətdə: Reallıqlar və perspektivlər” haqqında ilk kitabın müəllifi mənəm. 2002-ci ildə, yəni İlham Əliyevin prezidentliyi ərəfəsində iki cildlik kitab da çap etdirdim.

Bu kitabın təqdimatını Milli Məclisin mərhum spikeri Murtuz Ələsgərov edəcəkdi. Amma o vaxt Ramiz Mehdiyev təqdimata mane olmaq üçün cənab prezidentə yanlış fikirlər söyləmişdi. Mən yenə də müxtəlif kanallarla ölkə başçısını məlumatlandırdım ki, Ramiz Mehdiyevlə bağlı 2001-ci ildə dərc edilmiş məqalə o kitaba daxil edildiyinə görə buna mane olur.

Sirus Təbrizli, Əli Əhmədov, Mübariz Qurbanlı da həmin kitabın təqdimatında və digər məsələlərdə mənimlə birlikdə oldu”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri